Page 89 - 1-ci cild
P. 89
Jan Batist Molyer

Ancelika. Mənim nə təqsirim var? Sizcə, mən nə elə-
məliyəm?

Jorj Danden. Bir arvad təkcə ərinin xoşuna gəlməkdən ötrü
nə edirsə, siz də onu eləməlisiz! Mən belə istəyirəm! Kim nə
deyir-desin, əgər arvadın canında olmasa, heç kim onu yoldan
çıxara bilməz. Bir də görürsən, elə naz-qəmzə satırlar ki, bal arını
özünə çəkən kimi, şorgöz kişiləri özlərinə çəkirlər. Amma təmiz
arvadlar özlərini aparmağı bacarırlar.

Ancelika. Bu nə naz-qəmzə söhbətidi belə? Əgər məni
gözəl, cazibədar bilirlərsə, bu, özümə də ləzzət eləyir, nə üçün
bundan inciməliyəm?

Jorj Danden. Aha! Bəs sizin fikrinizcə, belə haqq-hesabda
ər hansı rolu oynamalıdır?

Ancelika. Təmiz adam rolunu! Ona da gərək xoş olsun ki,
arvadına diqqət yetirirlər.

Jorj Danden. İtaətkar, müti bir nökər olsun, hə?! Yox, bu,
mənim planlarıma daxil deyil! Dandenlər belə şeylərə adət
etməyiblər!

Ancelika. Oh, istəsələr, Dandenlər də adət edərlər! Budu,
deyirəm, mən tərki-dünya olub özümü diri-diri ərimin yanında
basdırmaq fikrində deyiləm. İşə bir bax! Kiminsə ağlına girdiyi
üçün ki bizimlə evlənsin, deməli, hər şey qurtarmalıdı, biz bütün
canlı adamlarla əlaqələrimizi üzməliyik? Gör bir cənab ərlərin
qəddarlığı nə dərəcəyə çatır, lap məəttəl qalmalıdı! Əlbəttə,
mərhəmət sahibidirlər! İstəyirlər ki, arvadları dünyanın bütün
əyləncələri üçün ölsünlər, təkcə onlar üçün yaşasınlar! Gülməlidi!
Mən bu cavan vaxtımda ölmək istəmirəm!

Jorj Danden. Deməli, siz şahidlərin yanında mənə
verdiyiniz əhd-peymanı belə yerinə yetirirsiz?

Ancelika. Mən? Mən o əhd-peymanı öz istəyimlə sizə
verməmişəm, güc ilə dartıb qopartmısız! Toydan əvvəl heç
məndən soruşdunuz ki, sizə getməyə razıyam, yoxsa yox? Siz bu
barədə ancaq atamla, anamla danışmısız, əslində, mən yox, onlar
sizinlə evləniblər, ona görə də nədən razı deyilsinizsə, onlara

89
   84   85   86   87   88   89   90   91   92   93   94