Page 85 - 1-ci cild
P. 85
Jan Batist Molyer
Klodina. Nəyə qulaq asım?
Lyuben. Üzünü mənə döndər.
Klodina. Hə? Nə istəyirsən?
Lyuben. Klodina!
Klodina. Nədi?
Lyuben. Guya bilmirsən nədi?
Klodina. Yox, bilmirəm.
Lyuben. Lənət şeytana! Mən səni sevirəm axı!..
Klodina. Doğrudan?
Lyuben. Əlbəttə, lənət şeytana! Əgər belə deyirəmsə, gərək
mənə inanasan da!
Klodina. Uğurlar olsun!
Lyuben. Sənə baxanda ürəyim, bax, beləcə atılıb-düşür.
Klodina. Çox şadam.
Lyuben. Sən nə edirsən ki, belə gözəl olursan?
Klodina. Camaat nə eləyir, mən də ondan.
Lyuben. Bilirsən, uzun danışmağın mənası yoxdu. Əgər
istəyirsənsə, ol mənim arvadım, mən də olum sənin ərin, yəni ki,
olaq ər-arvad!..
Klodina. Sən də, yəqin ki, bizim ağamız kimi, qısqancın biri
olacaqsan…
Lyuben. Nə danışırsan?
Klodina. Qısqanc ərlərdən zəhləm gedir! Mənə elə birisi
lazımdı ki, hər boş şeydən ötrü ağlını itirməsin, mənə inansın,
mənim saflığıma etibar eləsin. Qoy mənim yanımda lap otuz nəfər
olsun – bu gərək onu narahat eləməsin.
Lyuben. Çox gözəl! Mən də, bax, lap eləsindən olacağam!
Klodina. Arvada etibar eləməyəsən, onu incidəsən – bundan
da axmaq iş olar? Onsuz da, bunun axırı yaxşı qurtarmır. Daha da
yolundan azdırır adamı. Çox zaman elə olur ki, ər heç nədən ötrü
hay-küy salır, axırı da bədbəxtlik olur.
Lyuben. Çox gözəl! Mən səni azad buraxıram.
Klodina. Onda səni də heç kim aldatmaz! Əgər ərimiz bizə
etibar eləsə, biz də sərbəstliyimizdən nə qədər lazımdır, o qədər
85