Page 77 - 1-ci cild
P. 77
Jan Batist Molyer
Pryudotri ailəsində son üç yüz ildə, şükür ki, bircə qadın da
olmayıb ki, onun haqqında kimsə pis söz desin!
Cənab de Sotanvil. Namusuma and olsun ki, de Sotanvillər
nəslində heç vaxt əxlaqsız qadın olmayıb. Bizim nəslimizdə
qadınlar ismətli, kişilər isə igid olublar!
Xanım de Sotanvil. Jaklina de la Pryudotri bizim əyalətin
qubernatorunun, hersoqun və perin sevgilisi olmağa razılıq
vermədi ki vermədi!
Cənab de Sotanvil. Matyurina de Sotanvil kralın ən yaxın
adamlarının təklif etdiyi iyirmi min eküdən vaz keçdi! Nə var, nə
var, xüsusi mərhəmət ifadəsi olaraq oturub o cənabla söhbət
eləməliydi! Adicə söhbət!..
Jorj Danden. Aha, çox gözəl! Amma sizin qızınız o qədər
də əlçatmaz deyil, çünki bu evdə həddən artıq sərbəstlik içindədi!
Cənab de Sotanvil. Açıq danışın, lütfkar kürəkən! Biz onun
valideynləriyik, əgər, doğrudan da, ortada bir şey varsa, biz də
istəyirik, sizinlə birlikdə onun dərsini verək.
Xanım de Sotanvil. Biz yaxşı bilirik ki, namus məsələləriylə
zarafat eləmək olmaz, buna görə də qızımızı çox sərt qayda-
qanunlarla tərbiyə etmişik.
Jorj Danden. Onda qulaq asın. Bax bizim bu yaxın-
lığımızda bir cavan əhli-saray yaşayır, yəqin, görmüsüz onu, sizin
qızınıza aşiq olub, az qala mənim gözümün qabağında ona eşq
elan edir, qızınız da ləzzətlə buna qulaq asır.
Xanım de Sotanvil. Aman Allah! Əgər anası kimi namu-
sunu qoruya bilməsə, onu öz əllərimlə boğaram!
Cənab de Sotanvil. Lənət şeytana! Əyər öz adına ləkə
gətirsə, onu da, sevgilisini də öz şpaqamdan keçirərəm!
Jorj Danden. Vəssalam! Mən sizə şikayətimi çatdırdım, indi
özünüz bilin!
Cənab de Sotanvil. Narahat olmayın, mən öz sözümü
ədalətlə deyəcəyəm. Nə lazımdısa, sizinçün edəcəyəm. Ancaq siz
özünüz tam əminsinizmi məsələ məhz belədir?
Jorj Danden. Tamamilə!..
77