Page 57 - 1-ci cild
P. 57
Jan Batist Molyer

Jeront (elə bilir kimsə gəlir). Aman!
Skapen. Yox, yox, heç kim yoxdu. Deyirəm, girin bu torba-
nın içinə, amma, Allah xətrinə, cınqırınızı da çıxarmayın. Sizi
şələləyəcəyəm dalıma, guya yükdü, düşmənlərinizin yanından
keçib aparacağam evinizə. Orda qapı-bacanı bağlayarıq, adam
göndərərik ki, kömək eləsin.
Jeront. Pis fikirləşməmisən!..
Skapen. Hə, elədi. İndi özünüz görəcəksiz. (Kənara.)
Dediyin o böhtana görə sənin başına bir oyun açım ki!..
Jeront. Nə deyirsən?
Skapen. Deyirəm yaxşıca aldadacağıq sizin o düşmənləri!..
Tez eləyin, girin torbaya, amma tərpənməyin orda, nə olur-olsun,
cınqırınızı da çıxarmayın.
Jeront. Qorxma! Mən öz işimi bilən adamam!
Skapen. Tez eləyin, odur, quldurlardan biri gəlir. (Səsini
dəyişir.) “Yəni mən, doğrudan da, o Jerontu öldürə
bilməyəcəyəm? Bir Allah bəndəsi göstərəydi mənə ki, harda
gizlənib o!” (Öz səsiylə Jeronta.) Tərpənməyin! (Səsini dəyişir.)
“Lap yerin dibinə də girsən, səni tapacağam!” (Öz səsiylə
Jeronta.) Cınqırınızı da çıxarmayın! (Səsini dəyişir.) “Ey, o
torbanın yanındakı!..” Nədi, cənab? “Al, bu qızılı sənə verirəm,
ancaq göstər mənə ki, hardadı o Jeront!” Siz cənab Jerontu
axtarırsız? “Hə, lənət şeytana, onu axtarıram!” Onu neynirsiz ki,
cənab? “Neynirəm?” Bəli. “İstəyirəm onu kötəyə qonaq eləyim!”
Cənab Jeront kimi adamları kötəkləməzlər, onlarla belə rəftar
eləmək olmaz! “Necə yəni olmaz?! O alçaqla, o yaramazla, o
səfehlə belə rəftar eləmək olmaz?!” Cənab Jeront alçaq deyil,
yaramaz deyil, səfeh də deyil! Xahiş edirəm, onun haqqında belə
sözlər deməyin! “Hə? Sən nə cəsarətlə mənimlə belə danışırsan?”
Elə hörmətli adamı təhqir eləyəndə bəs mən müdafiə eləməyim?
“Yoxsa sən o Jerontun dostusan?” Bəli, cənab, mən onun
dostuyam! “Aha, lənət şeytana, dostusan, lap yaxşı!” (Çubuqla
torbanı döyəcləyir.) “Al gəldi, onda onun əvəzinə!” (Guya ki,
ağrıdan qışqırır.) Vay! Vay! Vay! Cənab! Vay! Vay! Qulaq asın!

57
   52   53   54   55   56   57   58   59   60   61   62