Page 43 - 1-ci cild
P. 43
Jan Batist Molyer

Arqant. Altmış pistol yenə dərd yarıdı, vermək olar…
Skapen. Gərək yəhər-qayış da alsın, tapança da – bu da
iyirmi pistol.
Arqant. İyirmi, o da altmış, elədi səksən pistol!
Skapen. Tamam doğrudu.
Arqant. Düzdü, çox istəyir, ancaq, eybi yox, mən buna da
razıyam!..
Skapen. Nökərimə də, deyir, at lazımdı, qoy lap otuz
pistolluq at olsun.
Arqant. Yox a?! Qoy cəhənnəm olub getsin, heç nə
verməyəcəyəm!
Skapen. Cənab!
Arqant. Yox-yox! Həyasızlığa bir bax!
Skapen. Siz istəyirsiz ki, nökər piyada gəzsin?
Arqant. Ağasıyla birlikdə necə bilir, elə də eləsin!..
Skapen. Yəni belə bir xırda-xuruşun üstündə hədələyirsiz?
Sən Allah, məhkəməyə-zada getməyin, nəyiniz var, verin, təki
məhkəməyə işiniz düşməsin.
Arqant. Yaxşı, nə olar, olsun!.. Otuz pistol da verərəm.
Skapen. Bir də deyir ki, qatır lazımdı…
Arqant. Qoy qatırıyla bir yerdə rədd olsun cəhənnəmə!
Bundansa, məhkəmə yaxşıdı.
Skapen. Bir fikirləşin!..
Arqant. Artıq heç nə vermərəm.
Skapen. Cənab! Lap bekara bir qatır tapıb alarıq…
Arqant. Heç eşşək də almaram!
Skapen. Bir fikirləşin…
Arqant. Yox, yaxşısı budu, işi məhkəməyə verim.
Skapen. Gör bir nə deyirsiz?! Gör bir nəyə qərar ve-rirsiz?!
Bilmirsiz, məhkəmədə nələr baş verir?! Yüz cür şikayət olur orda,
bir hərc-mərclik başlayır ki, gəl görəsən, canavar kimi adamın
başının üstünü alırlar: bir tərəfdən pristavlar, bir tərəfdən vəkillər,
müvəkkillər, şahidlər, katiblər, məruzəçilər, onların köməkçiləri,
nə bilim, hakimlər, mirzələr!.. Hər biri də qanundan necə istəyir,

43
   38   39   40   41   42   43   44   45   46   47   48