Page 35 - 1-ci cild
P. 35
Jan Batist Molyer

Leandr. Necə? Ata, izin vermirsiz ki, sevindiyimdən sizi
qucaqlayım?

Jeront. Yox. Əvvəlcə gərək danışaq!
Leandr. Nə olub ki?
Jeront. Elə dur ki, sifətini görə bilim.
Leandr. Nə üçün?
Jeront. Gözümün içinə bax.
Leandr. Hə?
Jeront. Burda nə əhvalat baş verib?
Leandr. Necə yəni nə əhvalat?
Jeront. De görüm, mənsiz burda nə oyundan çıxmı-san?
Leandr. Ata, bilmirəm, nə istəyirsiz məndən?
Jeront. Səndən mənə heç nə lazım deyil! Ancaq de görüm,
neyləmisən burda?
Leandr. Ata, mən sizi acıqlandırası elə bir iş görməmişəm!
Jeront. Heç bir şey?
Leandr. Heç bir şey!
Jeront. Yaman ürəkləndin ha!..
Leandr. Axı mən bilirəm ki, nədəsə günahım yoxdu!
Jeront. Ancaq Skapen sənin haqqında nəsə deyib.
Leandr. Skapen?
Jeront. Aha!.. Bax, qızardın!..
Leandr. O, sizə mənim barəmdə nəsə deyib?
Jeront. Bura belə söhbətlərin yeri deyil, evdə danışarıq. Tez
elə, get evə, mən də gəlirəm. Bax, nankor, əgər məni biabır
eləmisənsə, səndən üz döndərəcəyəm, səni oğul bilməyəcəm
daha! İtil gözümdən! (Gedir.)

Dördüncü gəliş

Leandr təkdir.

Leandr. Deməli, satıb məni! Alçaq! Gərək, əslində, o özü
hər şeyi atamdan gizlədəydi, ancaq birinci satıb məni! Allaha and

35
   30   31   32   33   34   35   36   37   38   39   40