Page 29 - 1-ci cild
P. 29
Jan Batist Molyer

Skapen. Nəsə dəymişdi qulağıma… Boş şeydi!..
Arqant. Əcəb boş şeydi! Həyasızlıqdı!
Skapen. Sözünüzdə, əlbəttə, həqiqət var, cənab!
Arqant. Bundan böyük ədəbsizlik olmaz!
Skapen. Düz deyirsiz!
Arqant. Atadan icazəsiz evlənmək!
Skapen. Əlbəttə, yaxşı deyil… Amma məncə, bu işi hay-
küysüz xətm eləmək lazımdı.
Arqant. Səncə elədi, amma məncə, elə deyil. Mən bir hay-
küy qaldırım ki, alovu ərşə qalxsın! Yoxsa deyəcəksən ki, mənim
hirslənməyimə də bir səbəb yoxdu?
Skapen. Nə danışırsız, cənab?! Mən bu işdən xəbər tutan
kimi o saat sizin tərəfinizi saxladım, elə hirsləndim ki, hətta
oğlunuza da acıqlandım. Özünüz soruşun, görün ona nələr dedim!
Adam gərək sizin kimi ataya ehtiram bəsləsin, sizin ayağınızdan
öpsün! Elə sözlər dedim ona ki, heç siz də elə sözlər deməzdiz.
Eh, nə deyim axı!.. Amma indi bir az ağlım başıma gəlib, baxıb
görürəm ki, əslində, o, çox da təqsirkar deyil.
Arqant. Bu nə nağıldı belə danışırsan?! Allah bilir, gedib
hansı yuvanın quşuna evlənib, özü də təqsirkar deyil?
Skapen. Bəs necə olsun, cənab, deməli, tale məcbur edib
də…
Arqant. Daha sənə sözüm yoxdu! Onda nə istəyirsən, elə
də: fırıldaq işlət, oğurluq elə, adam öldür, de ki, tale məcbur
eləyib, vəssalam!
Skapen. Aman Allah! Mənim sözlərimi ayrı cür yozursuz
e… Mənim dediyim budu ki, oğlunuz öz istəyilə bu işə
girişməyib.
Arqant. Axır ki girişib?
Skapen. Ay cənab, axı deyirsiz ki, o, özünü qocafəndi
aparsın?! Cavanlar elə ona görə cavandılar ki, ehtiyatlı deyillər,
kəllələrinə əziyyət vermirlər. Elə bizim Leandrı götürək: nə qədər
öyrətmişəm onu, nə qədər başa salmışam, danlamışam, amma indi
elə bir iş tutub ki, oğlunuzunku onun yanında toya getməlidi…

29
   24   25   26   27   28   29   30   31   32   33   34