Page 337 - "Zəfər və ilğım"
P. 337
Bir müddәt sonra Moskvaya getmәk imkanı yarandı. 337
Moskvada teatra rәhbәrlik edәnlәrdәn heç biri M.-in yazdığı
pyesdәn mәmnun deyildi. Buna baxmayaraq, hamı pyesin
sәhnәlәşdirilmәsini istәyirdi. M.Çausov isә açıq bәyan etdi:

– Rejissorun hәyatında xudpәsәndlik, lovğalıq, qürur vә
әzab-әziyyәt hәmişә yanaşı addımlayır. Sizin Lübimov bu-
nun tipik nümunәsidir. O, qüruru seçdi, baxmayaraq ki,
әzab-әziyyәti tәrәnnüm edir. Lübimov özünә çox yaxşı kar-
yera qurdu. Әminәm, bizim sosialist mәdәniyyәti elә bir in-
kişaf mәrhәlәsinә gәlib çatacaq ki, Mojaev “vampuka”sı
teatr “burjua”sından başqa, heç kimә maraqlı olmayacaq.
Odur ki, tәrәddüd etmәdәn “Xam torpaq”ı sәhnәlәşdirin –
bu, bütün ölkәnin son mobilizasiya planıdır. Mәslәhәt gö-
rürәm ki, bütün üsyankar fikirlәri bir kәnara qoyasız – teat-
rı itirmәk asandır, ikinci dәfә belә imkanlar yaranmaya da
bilәr.

Samoylov Moskvada cәmisi iki gün qaldı. O, doğma
“Alma-Mater”ә – Taqanka Teatrına baş çәkmәyә dә macal
tapdı. Neçә il idi ki, şeflә görüşmürdü. Samoylov bu yara-
şıqlı, çalsaç, әtiacı adamın xәtrini çox istәyirdi.

Mülkәdar tәhkimçi kәndlilәrlә necә davranırdısa, Lübi-
mov da aktyorlarla elә davranır, onların fikriylә hesablaşma-
ğı ağlına belә gәtirmirdi. Bununla belә, onun iradәsinә tabe
olur, şıltaqlıqlarına dözürdülәr. Çünki hamı başa düşürdü:
o, canlı dahidir! Onun aktyorlara qoşduğu lәqәblәrdәn dә
heç kim incimirdi: Quba, Koçerqa, Vint, Şopen…

Şef Samoylovu müxtәlif adlarla çağırırdı: birinci Samoy-
lov, Samoylov – Kozelski, “İyirminci әsrin böyük sәnәtkarı”…
Samoylov hәr şeyi bağışlayır, heç vaxt onun üzünә ağ ol-
murdu. Ancaq rejissor kursunu bitirdikdәn sonra şef ona
teatrda tamaşa qoymaq imkanı vermәdi vә Samoylov işlәdi-
yi kollektivlә biryolluq üzülüşmәyi qәrara aldı. Sonralar
heç vaxt bu hәrәkәtindәn peşman olmadı – o, sәrbәst qәrarlar
vermәk, öz problemlәrini özü hәll etmәk istәyirdi.
   332   333   334   335   336   337   338   339   340   341   342