Page 336 - "Zəfər və ilğım"
P. 336
Samoylov kabinetdәn çıxan kimi, nazir rus teatrının baş
rejissoru ilә görüşü barәdә tәqvimdә qeyd apardı. Qeydlәrin
sonunda әlavә etdi: “Samoylov. Peritonit? Baş rejissor
Lenini vә Brejnevi söydü…”

Bundan sonra nazir Kunayevin kömәkçisi Vladikova
zәng vurub, söhbәti olduğu kimi ona çatdırdı. Cavabında
aşağıdakı mәzmunda tәlimat aldı:

– “Xam torpaq” sәhnәlәşdirilmәlidir! Samoylovu çox sı-
xışdırmayın. Kunayev onun işini bәyәnir, odur ki, hәlәlik,
qoyun işlәsin.

***
Samoylovun ovqatı tәlx olmuşdu, ancaq özünü qınamırdı:
sınmadığı, әyilmәdiyi üçün mәmnun idi. O, başa düşürdü
ki, Siyasi Büro üzvünün başçılıq etdiyi Qazaxıstanda “Xam
torpaq”ı sәhnәlәşdirmәyә qәrar veriblәrsә, bunun әleyhinә
çıxmaq mümkün deyil. Moskvaya gedib, orada kömәk ax-
tarmaq lazım idi. Ancaq bunu özünә sığışdırmırdı. Çıxış
yolu tapmaq lazım idi, kağız-kuğazla әllәşmәk yox. İndiyәcәn
Samoylova elә gәlirdi ki, onun sәnәt taleyi kifayәt qәdәr
336 uğurludur; ölkәdә Akademik Teatrın әn gәnc baş rejissorudur,
işlәri dә yağ kimi gedir. Bununla belә, elә bir vaxt gәlib
çatdı ki, uğurları qarabasmalar vә kabuslar әvәzlәmәyә baş-
ladı. Artıq bunlardan yaxa qurtarmaq elә dә asan mәsәlә
deyildi.
Elә hәmin axşam yaxın dostu Moskvadan zәng elәyib,
Vısotskinin öldüyünü xәbәr verdi. Vısotskiylә vidalaşmaq
üçün dәrhal Moskvaya yola düşmәk istәdi. Ancaq qastrola
hazırlıq işlәri, intensiv mәşqlәr ucbatından Alma-Atanı tәrk
edә bilmәdi. Ertәsi gün Samoylov әn yaxın dostları ilә
birgә, cavan olsa da, kifayәt qәdәr mәşhurlaşmış bir qazax
şairin evindә Vısotskinin yasını tutdu. O, bir neçә gün
havalı kimi gәzib-dolaşdı; nә yeyir, nә içir, hey Vısotskini,
tәrk etdiyi teatrı, oradakı ab-havanı xatırlayır, dostluq mü-
nasibәtlәrinin xiffәtini çәkirdi.
   331   332   333   334   335   336   337   338   339   340   341