Page 331 - "Zəfər və ilğım"
P. 331
Belәcә, Samoylov teatra rәhbәrlik etmәyә başladı. O, 331
Alma-Ata Dram Teatrının kollektivi ilә yalnız bir dәfә, beş
il әvvәl futbol stadionunda görüşmüşdü. İndi hәmin görüşü
çox az adam xatırlayırdı, Samoylovun özü isә bu mövzuda
danışmağı sevmirdi. Artıq tamamilә başqa sahәdә vә başqa
cür qol vurmağın zamanıydı.
Tezliklә Samoylov SSRİ Mәdәniyyәt Nazirliyinin Bәdii
Şurasına üzv seçildi, artıq o tez-tez Moskvaya gәlib-gedir,
özünün dә xidmәt etmәli olduğu “saray teatrı”nın adlı-sanlı
başçılarıyla müxtәlif müşavirәlәrdә iştirak edirdi. Bu teatr
sosioutopiyasının “solist”lәri nә qәdәr mübarizәdәn dәm
vursalar da, mahiyyәt etibarilә, onların fәaliyyәti birbaşa vә
ya dolayısıyla nökәr xidmәtindәn başqa bir şey deyildi.
Samoylov bu “Quldur kazaklar” oyununun qaydalarını çox
tez öyrәnmişdi vә nәyin nәylә nәticәlәnәcәyini yaxşı bilir-
di.
Onun rәhbәrlik etdiyi teatrda, başqa kollektivlәrdә oldu-
ğu kimi, premyeralar keçirilir, intriqalar, sevincli günlәr vә
qayğılar bir-birini әvәzlәyirdi. 1980-ci ildә Qazaxıstan
SSR-nin 60 illiyi qeyd olunurdu. Teatr Moskvaya qastrol
sәfәrinә getmәliydi. Artıq qastrol tamaşaları hazır idi, ancaq
proqramın әsas nömrәsi, mәrkәzi elementi çatmırdı. Samoylov
nә edәcәyini bilmirdi. Elә bu vaxt Qazaxıstanın mәdәniyyәt
naziri ona L.İ.Brejnevin “Xam torpaq” kitabını tәklif etdi.
Nazir siyirtmәdәn iri bir zәrf çıxarıb, stolun üstünә qoydu.
Moskvalı dramaturq M.-in pyesi idi.
– Bilirsiniz, bu, sizin qastrolların kozır kartı ola bilәr.
Dimaş Axmetoviç Kunayev Leonid İliçi dilә tutub, sizin
tamaşaya gәtirәcәk. Bu, sizin zәfәrinizә çevrilә bilәr, – әn
yaxşı domra ifaçılarından olan nazir vәcdlә gәlәcәk uğurla-
rın mәnzәrәsini tәsvir etmәyә başladı.
– Yoldaş nazir, Brejnevin kitabında cәmi-cümlәtanı otuz
sәhifә var, bu pyes isә doxsan altı sәhifәdәn ibarәtdir.
– Hә, dramaturq әlindәn gәlәni әsirgәmәyib…