Page 329 - "Zəfər və ilğım"
P. 329
– Yuri Petroviç, öyrәnmәk üçün mәnә sizin zәmanәtiniz
lazımdır.

– Hara?
– Dövlәt Teatr vә İncәsәnәt İnstitutunun ali teatr kurslarına.
– Teatrdan getmәk istәyirsәn?
– Yox, iki işi birdәn görәcәyәm.
– Necә yәni? Bir ayağın burda, bir ayağın başqa teatrda
olacaq? Yoxsa öz tamaşalarını da bizim teatrda sәhnәlәşdir-
mәk istәyirsәn?
– Belә olsaydı, heç dәrdim olmazdı, Yuri Petroviç.
– Nә sırtıq adamsan, Samoylov. Yaxşı, sәnә zәmanәt ve-
rәrәm, sonrasına isә baxarıq.
Lübimov ayağa qalxdı vә әlini şappıltı ilә Samoylovun
çiyninә vurub dedi: “Burada dahilәrdәn söz açdın. Lui Ara-
qonun bir sözü var, deyir ki: “Dahilәr – okean laynerlәridir:
onların yolu heç vaxt kәsişmir”. Bax ha, bu yeni hәvәsin
sәni teatrdan ayırmasın”.

*** 329
Biz Yuqoslaviya vә Macarıstan qastrollarından zәfәr
çalmış qaliblәr kimi qayıdırdıq.
Hamı әyin-başını düzәltmiş, dәblә geyinmişdi. Hamı öz
yaxınlarına, dostlarına hәdiyyәlәr aparırdı. Aeroportda bizi
doğmalarımız qarşıladı. Teatr truppası qruplara bölünüb
nәzarәt zonasından keçirdi. Samoylov Lübimovla yanaşı
addımlayırdı. Çal saçları alnına tökülәn Kumir maviyә ça-
lan tәzә plaş geymişdi. O, qarşılamağa gәlәnlәrdәn kimәsә
qalib әdasıyla uzaqdan әl elәdi. Samoylov da istәr-istәmәz
o tәrәfә baxdı. Lüdmila Selikovskaya ağırlığını bir ayağı-
nın üstünә salıb, әllәri belindә, divarın önündә dayanmışdı.
Samoylov diqqәtlә baxıb, hәr şeyi başa düşdü. Yuri Pertoviçin
ilham pәrisi qәzәbindәn cilov gәmirirdi. Qadın gözünü
әrinin üzünә zillәyib dayanmışdı. Lübimovun üzündә çaş-
qınlıq ifadәsi vardı. O, әlindә çamadan, çiyinlәrini düzәldib,
   324   325   326   327   328   329   330   331   332   333   334