Page 334 - "Zəfər və ilğım"
P. 334
Nazirin nitqi tutulmuşdu. Yağlı yanaqları әsәbdәn sәyri-
yirdi.

– Bu isә, – Samoylov stolun üstündәki qovluğa işarә et-
di, – hamını içkiyә alışdırıb.

– Kimi nәzәrdә tutursuz? – qorxmuş nazir handan-hana
sadәlövhcәsinә soruşdu.

– Onu, onu – sosialist qәbiristanlığının yerölçәnini. Zәh-
lәmizi töküb!

Toyuq tәsәrrüfatındakı axmaq xoruz kimi şeşәlәnir, pәl-
tәklәyә-pәltәklәyә eyni şeyi tәkrarlayır: “Baxın, mәn parti-
yanın eşq tanrısıyam!”.

Qorxudan nazirin dizlәri qatlandı, o, yerinә әylәşib,
aşağıdan-yuxarı Samoylovun üzünә baxdı.

Tәsadüfәn gәlib nazir olan bu yaşlı “stepakın” uşaq kimi
qorxuya düşdüyünü görәn Samoylov lap qeyzlәndi. O, söh-
bәti elә bir hәddә çatdırmaq istәyirdi ki, azad olduğunu,
sәrbәstliklә qorxunun qovuşduğu mәqamı yenidәn hiss edә
bilsin. Danışmağa başlayanda, elә bil kimsә onu çәkindir-
mәk istәdi: “Dayan, şeytanlar oyanıb!” – ancaq bu, cәmisi
334 bir saniyә çәkdi. Bir an sonra o, artıq özünü әlә ala bilmәdi,
gözlәri qan çanağına döndü, alnında tәr damcıları görün-
dü – bәdәni sanki qıc olmuşdu.

– Orasını da deyim ki, Birinci İliçlә müqayisәdә İkinci
İliç gözü doymayan adi mәryәmqurdudur. Birinci İliç әsl
şeytan vә hakimiyyәt hәrisi idi, bolşevizm quduzluğuna tu-
tulmuşdu. Ölkәnin üçdә birini qırıb çatmayınca, öz iblis
planlarından әl çәkmәdi… Dünya proletariatının rәhbәri! –
Samoylov Leninsayağı pәltәklәmәyә başladı. Birdәn-birә
kefi duruldu, özünü şәrab içmiş adamlar kimi hiss etdi.
Yetmişinci illәrә aid bir kompozisiyanı xatırladı vә yadda-
şındakı sitatlar pulemyot atәşi kimi sәslәndi. – Yoldaş nazir,
bu da sizә orijinal, buyurun! Onun Anatoli Lunaçarskiyә
göndәrdiyi teleqram: “…Bütün teatrları torpağa gömmәyi
mәslәhәt görürәm”. Maraqlıdır, deyilmi? Bu da sizә başqa
   329   330   331   332   333   334   335   336   337   338   339