Page 335 - "Zəfər və ilğım"
P. 335
sәnәd: “Xalq Komissarları Şurası Bolşoy Teatrın saxlan- 335
ması ilә bağlı Lunaçarskinin tamamilә әdәbsiz tәklifini
qәbul etdi”. Bundan xәbәriniz varmı, yoldaş nazir? Mәslәhәt
görürәm ki, Vladimir İliçin külliyyatını götürüb oxuyasız.
Xüsusilә dә, әllinci cildi vә digәrlәrini…

Samoylov bu mәsum oyundan sәrmәst olmuşdu. O,
sitatları ard-arda sadalayır, getdikcә coşaraq özündәn çıxırdı.
Nazir belә şeylәri dinlәmәyә alışmamışdı, ona görә dә
Samoylov, onun fikri yayınmasın deyә, dәridәn-qabıqdan
çıxır, bütün bunların nә ilә nәticәlәnәcәyini düşünmәk belә
istәmirdi.

Artıq özünә-sözünә nәzarәti itirmiş Samoylov nazirin
pencәyinin qolundan yapışıb, düz gözlәrinin içinә baxdı:

– Siz Leninin son fotolarını görmüsüz? Şәkillәrdәn dә
görünür ki, bu adam havalıdır, dәlidir. O, can vermәkdә
olan heyvan kimi әzablardan qurtulmaq üçün baxışlarıyla
insanlardan zәhәr dilәyir. Yaxşı deyiblәr ki, belәlәrinә әcәb
olur! Bilirsiz, o, niyә bu gündә ölür? Ona görә ki, xalqa çö-
rәk әvәzinә daş, balıq yerinә ilan soxuşdururdu! Görürsüz,
peyğәmbәrlәrin sözü necә doğrulur: “Siz Şәrә doğru addım-
layırsınız, günahsız qanlar axıtmağa tәlәsirsiniz; ideyalarınız-
da әdalәt yoxdur, yolunuz sizi mәhvә vә fәlakәtә aparır…”

– Yalandır! Böhtandır! Dissident әdәbiyyatıdır! – nazir
kulturtreger әdasıyla bağırdı vә birdәn-birә sanki halsızlaşıb
yerinә oturdu, – biz aydınlaşdırarıq.

– Nәyi? Leninin fәaliyyәtini?
– Yaxşı, yaxşı, gedә bilәrsiz.
Pәrdә arxasından süzülәn şıltaq, zolaqlı işıqda nazirin
ağarmış sifәti daşdan tökülmüş kimi görünürdü. Mәmurun
tez-tez qırpılan gözlәri az qala hәdәqәsindәn çıxacaqdı.
Onun qәzәbli baxışları ilbiz kimi Samoylovun tәrli sifәtindә
oyan-buyana sürüşmәkdәydi. Bircә anlığa baxışları toqquşdu
vә hәr ikisi başa düşdü ki, artıq bu söhbәti uzatmağın
mәnası yoxdur.
   330   331   332   333   334   335   336   337   338   339   340