Page 332 - "Zəfər və ilğım"
P. 332
– Bәs yoldaş Brejnev demәyәcәkmi ki, niyә mәnim
әsәrimi bu cür saymazyana tәhrif edirsiniz?
– Narahat olmayın, Dimaş Axmetoviç kitabın bizdәki
variantı ilә bağlı onu xәbәrdar edәcәk. Hәm dә bu pyesin
müәllifi moskvalıdır, tәcrübәli dramaturqdur.
– O dramaturqdursa, mәn dә jokeyәm. Bu, әsl tәlәdir,
başağrısıdır, burada hansısa kozırdan söhbәt gedә bilmәz!
– Siz odla oynayırsınız, bu isә ço-o-o-x tәhlükәlidir, –
nazir sәsini qaldırıb, Samoylovun üzünә baxdı. – Ola bilsin,
teatrı sizә etibar etmәklә sәhvә yol vermişik… – O, koppuş
әllәriylә cib dәsmalını çıxarıb, burnunu sildi vә sakit sәslә
davam etdi: – Gәlin, söz gülәşdirmәyәk, yoldaş Samoylov.
Bu barәdә artıq qәrar verilib, özü dә bu qәrarı mәn vermә-
mişәm. Bu mәsәlә bizim MK-da vә SSRİ Mәdәniyyәt Na-
zirliyindә hәll olunub… Yeri gәlmişkәn, siz geriyә qalibiyyәtlә,
Әmәkdar incәsәnәt xadimi kimi qayıda bilәrsiz… Biz yalnız
tәlәb etmirik, eyni zamanda onları qorumağa çalışırıq vә
onların yetişmәsinә şәrait yaradırıq. Tәkrar edirәm, bu ta-
maşa sizә uğur gәtirәcәk. Buna әminәm. Bu tamaşayla siz
332 paytaxta ağ atın belindә varid olacaqsınız.
– Mәn bu atdan yıxılacağam, yoldaş nazir.
– Yıxılmazsınız, biz sizi tutacağıq.
– Sözün düzü, sizin mәnә tәklif etdiyiniz qaçış atı deyil,
yabıdır – bu atdan yıxılmaq da ayıbdır. Başlıcası isә, Brej-
nevin hәmmüәllifә ehtiyacı yoxdur. Bu kitab tamamilә
başqa mәqsәdlәr üçün yazılıb. Onlar peritonit xәstәliyini
cadu-piti ilә sağaltmaq istәyirlәr. Fikirlәşirlәr ki, bu, dәr-
mandır. Әslindә isә, tәlәdәn başqa bir şey deyil.
– Sözlәrinizә fikir verin, yoldaş Samoylov. Xәbәriniz
varmı ki, başqa adlı-sanlı teatrlar “Xam torpaq”ı mәmnu-
niyyәtlә sәhnәlәşdirir? Özü dә bu işә әn yaxşı yaradıcı qüv-
vәlәri cәlb edirlәr! Malıy Teatrda әsәrin premyerası da elan
olunub. Amma demә, bu mәşhur әsәr Samoylovun ürәyinә
yatmırmış… Viktor Aleksandroviç, fәaliyyәtinizdә bәzi qü-