Page 333 - "Zəfər və ilğım"
P. 333
lar nәzәrә çarpır. Artıq insanlar bunun fәrqindәdir, hәm- 333
karlarınız teatrın taleyi ilә bağlı narahat olmağa başlayıb.
Görünür, keçmiş tәcrübәlәrin tәsirindәn qurtula bilmirsiniz.
Bizә burada yeni Lübimovlar lazım deyil! Biz qurub-ya-
radırıq, dağıdıcılıqla mәşğul olmuruq. Mәn bizә daxil olan
siqnallar barәdә sizә heç nә demәmişәm, ona görә ki,
inanıram, bilirәm ki, sözünüzü tutacaqsız…
– Bağışlayın, amma mәn heç kimә söz vermәmişәm.
– Yoldaş Samoylov, yoldaş Kunayevin kömәkçisi Vladikov
artıq pyesin mәzmunundan da xәbәrdardır. Әsәr onun xoşuna
gәlib.
– Sizin dә xoşunuza gәlib? Bu cәfәngiyyatı siz dә bәyә-
nirsiz?
– Yoldaş Samoylov, ağlınızı itirmisiz, nәdir? – nazir
әmәlli-başlı qorxuya düşüb, boş otağa boylandı, – sәrxoş
deyilsiz ki? Başa düşmürәm, bu cür qәribә әqidәsi olan
insan bizim akademik teatra necә rәhbәrlik elәyir?.. Sizin
“Qırmızı otluqda göy atlar” tamaşanızı, bu tamaşada
oynadığınız rolu qәzetlәrdә tәriflәyib göyә qaldırdıq, amma
siz bizim adam deyilmişsiz!
Samoylov fikirlәşdi ki, elә indicә bu adamın cavabını
vermәsә, birgә işlәdiklәri illәr әrzindә onu boğaza yığan
mәsәlәlәr barәdә danışmasa, hәmişәlik başqalarının iradәsinin
icraçısı vә qapazaltısı olaraq qalacaq. Hәyәcandan bütün
bәdәni gәrildi. Ona elә gәldi ki, başı üzәrinә qatı duman
çöküb, sıxılmış hava damarlarıyla üzüyuxarı hәrәkәt edir.
Әzәlәlәri qabarmağa başladı vә o, birdәn-birә sanki görün-
mәyәn әsarәt zәncirini qırıb cәld nazirә tәrәf әyildi, gözünü
onun qıyıq gözlәrinә zillәyәrәk, yad sәslә danışmağa başladı:
– Yoldaş nazir, axı siz dürüst, vicdanlı adamsız, sonradan
peşman olacağınızı bilә-bilә niyә belә bir iş tutursuz?
Olmaz, olmaz!.. Bax, siz dünya proletariatının rәhbәri roluna
işarә etdiniz, dediniz ki, bu cür qәribә әqidәsi olan adam bu
rolu necә oynayar? Bilmәk istәyirsinizsә, pis oynayıram!
Pisdәn dә pis! Çünki bu, qulyabanı roludur, qul-ya-banı…