Page 338 - "Zəfər və ilğım"
P. 338
Y.Lübimov, L.Abramova, M.Vladi V.Vısotskinin dəfn
mərasimində, 1980-ci il

Samoylov Qazaxıstanın mәdәniyyәt naziri ilә ixtilafı ba-
rәdә şefә mәlumat verdi.

– Abır-hәya qalmayıb! Malıy Teatrda Brejnevin cızma-
qarasını sәhnәlәşdirirlәr, kitabını ifadәylә oxuyurlar, sәnin
üçünsә bütöv bir libretto düzüb-qoşublar. Yelbeyinlәr! Heç
338 nәdәn qorxma, möhkәm ol! Nә vaxt görsәn ki, işlәr şuluqdur,
daha dözә bilmirsәn, qayıt gәl, sәnin yerin tutulmayıb.

Lübimov tamaşanın әvvәlinә tәlәsirdi, ancaq Samoylov
onu saxladı:

– Yuri Petroviç, mәnә qayıtmaq imkanı verdiyinizә görә
çox sağ olun, amma indi mәnә sizin kömәyiniz lazımdır.
Buna ehtiyacım var! Mümkünsә, Taqanka Teatrının dostları-
nın telefonlarını verin, mәn onlarla birgә mәktub yazıb,
“Yuxarı”ları başa salmaq istәyirәm ki, bu cür “Xam torpaq”ı
sәhnәlәşdirmәk profanasiyadır, onlara qandırmaq istәyirәm
ki, bu әsәr teatr üçün deyil. Mәktubun qaralaması hazırdır,
mәnә sadәcә onların imzaları lazımdır.

– Bu mәktubu kimә göndәrmәk istәyirsәn?
– Brejnevә, ya da heç olmasa, onun kömәkçilәrinә.
   333   334   335   336   337   338   339   340   341   342   343