Page 342 - "Zəfər və ilğım"
P. 342
vermirdi, sanki Samoylovun çoxdan bildiyi şeylәri liturgiya
kimi sәslәndirirdi.
– Sizinlә söhbәt etmәk xoşdur, adama elә gәlir, fikirlәri
oxuyursuz.
– Buna ehtiyac yoxdur. İnsanın siması ekran kimidir –
istәsәn, adamların üzünә baxıb, çox şeylәrdәn agah ola
bilәrsәn.
– Bilirsiz, mәnim peşәm elәdir ki, insanlara sifәtini
gizlәtmәyi öyrәdirәm. Hәyat da belәdir: biz bir cür fikirlәşir,
başqa cür danışır vә tamam başqa cür hәrәkәt elәyirik.
– Bu, hәmişә belә olmayacaq. Bәşәriyyәtin geneoloji
ağacını formalaşdıran gözәgörünmәz bağban, nәzәrdә tutul-
muş obraza uyğun gәlmәyәn qol-budağı kәsib atır.
– Bu, artıq әmәlli-başlı mistikadır.
– Elәdir. İnsan hәyatı, onun varlığı – ekzistensiyadır,
onu әtraf mühitdә yox, insan talelәlәrinin mistik özәlliyindә
axtarmaq lazımdır.
– Keçәn әsrin әn yaxşı yazıçılarından biri demişdi ki, tәk
bir uşağın göz yaşlarıyla qurulan cәnnәt ona lazım deyil. O
vaxtdan bu yana atom bombası, ulduz müharibәlәri meydana
342 çıxdı, bәşәriyyәt artıq yadplanetlilәrdәn müdafiә proqramları
barәdә fikirlәşir. Acları doyurmayan, xәstәlәrә şәfa vermәyәn,
“kuklaoynadan”ları himayә edәn ilahi rejissor işini bütün
bunlarla necә uzlaşdıraq? Çıxış yolu varmı? – Samoylov
gözlәrini onun üzünә dikdi.
– Çıxış yolu var, özü dә bu yol bizim içimizdәdir. İnsan
genomundakı “partlayıcı kod”u unutmayın. İnsanın atdığı
heç bir yanlış addım, törәtdiyi cinayәt izsiz ötüşmür. Cinayәt
törәtdiyin halda, özünün dә xәbәrin olmadan, bәdәndә psixi
vә fizioloji reaksiyalar başlayır, hәyat fәaliyyәti ilә bağlı
proseslәrin xarakteri dәyişilir, nәticәdә xәstәliyә tutulursan
vә ya ağlını itirirsәn, yaxıd sadәcә hәlak olursan.
– Bizsә bunun qarşısını ala bilmirik, elәmi?
– Elәdir, ancaq bunu etmәliyik.