Page 345 - "Zəfər və ilğım"
P. 345
Samoylov kreslosunun söykәnәcәyini arxaya doğru itә- 345
lәyib kiridi. Qәribәdir, tanımadığı bu sәmimi, xoşüzlü in-
sanla bir neçә dәqiqәlik söhbәt onun bütün hәyatını dәyişdirdi.
Neylәmәk lazımdır, hәmfikirlәrini harada axtarmalıdır –
bütün bunlar Samoylova birdәn-birә әyan oldu. O, artıq so-
nacan mübarizә aparmaq әzmindәydi! Ya ona güzәşt
edәcәkdilәr, ya da o, teatrı tәrk edәcәkdi. Birdәn-birә qәribә
bir yüngüllük hiss etdi. Bu sәfәrdә görüb-eşitdiklәri, Lübi-
movla söhbәti yaddaşında yenidәn canlanmağa başladı.

İllәr ötüb-keçsә dә, asılılıq, daha doğrusu, bağlılıq
hissindәn qurtula bilmirdi. “Bәlkә, belә dә olmalıdır?” –
öz-özünә fikirlәşdi. – “Elә adamlar var ki, öz “sehrli çubuğu”
ilә sәnә bircә dәfә toxunduqdan sonra başqa cür ola
bilmirsәn”. Samoylov hәlә indi başa düşürdü ki, Taqanka
Teatrının “qızıl dövrü” onun hәyatında silinmәz iz buraxıb.
O, burada yalnız Lübimovun şagirdi olmamışdı, hәyatının
әn әlamәtdar hissәsi bu teatrın divarları arasında keçmişdi.
Bu hiss – uşağın anaya bağlılığı, ömürlük borc kimi bir
şeydir. Onu yuxu tutdu. Nağıl kimi qәribә bir yuxu gördü:
“Bir dәfә, axşam vaxtı ana mәtbәxdә biş-düşlә mәşğul ikәn,
әlindә kağız parçası tutmuş on bir yaşlı oğlu ona yaxınlaşır.
Üzünә ciddi ifadә verәn oğlan kağızı ona uzadır. Ana әlini
önlüyünә silib, oxumağa başlayır:

Gördüyüm işlәrin hesabı:
Həyəti süpürdüyümə görə – 5 lirə
Otağımı səliqəyə saldığıma görə – 5 lirə
Süd aldığıma görə – 1 lirə
Bacıma nəzarət etdiyimə görə (üç dəfə) – 15 lirə
İki dəfə əla qiymət aldığıma görə – 10 lirə
Hər axşam zibili atdığıma görə – 7 lirə
Ümumi məbləğ: 48 lirə

Siyahını oxuyub qurtardıqdan sonra ana şәfqәtlә oğluna
baxdı vә qәlәmi götürüb, vәrәqin arxa tәrәfinә yazdı:
   340   341   342   343   344   345   346   347   348   349   350