Page 344 - "Zəfər və ilğım"
P. 344
buraxıb, biz dә yanlış yola düşmüşük. Azadlığımızı düzgün
qiymәtlәndirmәdiyimizә görә cәzamızı vermәk onun haqqıdır.

Stüardessalar yemәk paylamağa başladıqlarından, söh-
bәt yarımçıq qaldı. Samoylov elә acmışdı ki, dәrhal paketdә
verilәn isti yemәyi tәpişdirmәyә girişdi. Kişi bunu görüncә,
qarşısındakı iki әt tikәsini dә ona tәklif etdi.

– Ac deyilsiz, yoxsa vegetariansız? – Samoylov soruşdu.
– Yox, sadәcә biz dörd gündür pәhriz tuturuq. Narahat
olmayın, özümüzlә yemәk götürmüşük.
Yuxudan oyanan qadın onların plastmas qablarına iki
Krım pomidoru vә kәlәm piroqu qoydu.
– Bu yemәklә uzağa getmәk olmaz, siz buna necә tab
gәtirirsiz? Yoxsa ilahi qidayla dolanırsız?
– Elәdir, Müqәddәs Ruhun verdiyi ilahi qidayla, – kişi
sevincәk cavab verdi.
– Daha bir ezoterik başlanğıc? – Samoylov istehzayla
yolyoldaşlarına baxdı.
– Müqәddәs Ruh haqqında nә bilirsiz? – kişi öz növbәsin-
dә soruşdu, – Bu, yaradandır, Allahın özüdür, Ata vә Oğulla
344 hәmxilqәt, hәmvücuddur.
– Bәs o, insanlarda necә tәcәlla edir?
– İnsanın daxili dünyasına nüfuz edәn Müqәddәs Ruh
onu o dәrәcәdә tәkmillәşdirir ki, o, Özündә әbәdi olan şey-
lәr tapır vә onlara tapınır.
– Doğrudan, belә adamları heç nә qorxutmur? – Samoylov
artan maraqla soruşdu.
– Praktiki olaraq heç nә.
– Onlar hamını yenirlәr?
– Onlarla mübarizә aparmırlar, belәlәrinә yol verirlәr.
Çünki bu adamlar hәr kәslә ağıllı, tәdbirli davranır, heç kә-
si pәrt etmir, heç kimin әhvalını pozmurlar.
– Çox sağ olun! Bağışlayın, mәnim suallarım sizә qәribә
gәlә bilәr, bilirәm, mәn yaşda olan adam bu sualların cava-
bını çoxdan öyrәnmәliydi.
   339   340   341   342   343   344   345   346   347   348   349