Page 307 - "Zəfər və ilğım"
P. 307
Samoylov cәld geyinib, qaça-qaça çölә çıxdı vә yaxın-
lıqdakı taksiyә әl elәdi. On beş dәqiqәyә teatra çatdı. Xid-
mәti girişdәn sәhnә arxasına keçәn Samoylov gördü ki,
artıq tamaşa başlayıb, uzaqdan yaşıl frenç geymiş Vısotski-
nin fiquru görünürdü. O, Rusiyanın o vaxtkı Baş naziri
Kerenski rolunda “Bataqlığın idbar üzü” sәhnәsini oynama-
ğa hazırlaşırdı. Samoylov sәhnә arxasında, şefin yanında
dayanmışdı. Ssenariyә görә Vısotski pantomimçinin çiyninә
qalxmalıydı. Onlar da bu anı gözlәyirdilәr. Hәmin gün
“kreatura”, gәlәcәyin tanınmış teatr rejissoru, Rusiyanın
Xalq artisti Slava Spesivtsev idi. Volodyanı çiyninә alan
Spesivtsev sәndirlәdi…

Lübimov Vısotskidәn gözünü çәkmirdi. O, hәlә dә ümid
edirdi ki, Volodya rolun öhdәsindәn gәlәcәk, sәhv etmәyәcәk.
Ancaq çox keçmәdi ki, Volodyanın dili dolaşmağa, sözlәrin
yerini dәyişik salmağa başladı. Onda şef Samoylova tәrәf
çevrilib dedi:

307

V.Vısotski “Dünyanı sarsıdan on gün” tamaşasında
Kerenski rolunda
   302   303   304   305   306   307   308   309   310   311   312