Page 308 - "Zəfər və ilğım"
P. 308
– Hәr şey aydındır! Viktor, geyimini dәyiş, gerisini sәn
oynayacaqsan.

Kostyumerlәr Samoylov üçün qrim otağına frenç gәtirdilәr.
O, cәld libasını dәyişib, Vısotskinin әvәzinә növbәti sәhnәyә
çıxdı. Viktor alqışlardan belә başa düşdü ki, deyәsәn, bu
dәyişklikdәn heç kәsin xәbәri olmayıb. Amma, hәr halda,
tamaşaçılar onun oyununu nisbәtәn az alqışlayırdı. Nәhayәt,
tamaşa başa çatdı. Rejissor kömәkçisi Lübimovun ondan
razı qaldığını dedi.

Samoylov çıxışa doğru getdi. Qәfildәn gözü sәhnәnin o
başında dayanmış Vısotskiyә sataşdı. O dәqiqә başa düşdü
ki, Vısotski onu gözlәyir. Volodya yüngül dәri pencәkdә,
cins şalvardaydı. Qızarmış gözlәrindә xәcalәtli bir ifadә
vardı. Samoylov yaxınlaşıb salam verdi.

– Volodya, nә olub?
Vısotski heç bir izah vermәdәn acıqlı-acıqlı soruşdu:
– Viktor, sәn mәnimlә davaya gedә bilәrsәn? Amma bax
ha, orda bizim ikimizi dә o dünyalıq edә bilәrlәr.
– Hara getmәliyik?
308 – “Erfurt” barına. Hamı yaxasını qırağa çәkdi, hәtta
“Vankalar” da. Demәzsәnmi, guya “bәrk kefliyәm, özümü-
sözümü bilmirәm”. Amma mәn kefli-filan deyilәm, sadәcә,
tәhqir olunmuşam, vәssalam! Onlar mәnim әn yaxın dost-
larımdır, amma iş bәrkә düşәndә aradan çıxdılar. (Hәr şey-
dәn göründüyü kimi, o, Dıxoviçnını, Bortniki nәzәrdә tutur-
du.) Samoylov onların düz hәrәkәt etdiyinә qәtiyyәn şübhә
elәmirdi. Davaya bu görkәmdә getmәzlәr. Amma bu vaxt
Vısotski ona yeni ildә baş vermiş bir hadisәni xatırlatdı –
onda Samoylov teatrın binasına soxulan bir heyvәrәni
әzişdirmişdi, әlindә gitara, yuxarı – bufetә cuman Vısotski
dә dava-dalaşı görәndә elә qaça-qaça Samoylova demişdi:
– Bәrәkallah, Vitka, sol yumruqla әcәb nokautdur!
Bu xatırlatma hәmin anda Vısotskinin planı üçün şirnik-
dirici dәlilә çevrilib lap göydәndüşmә oldu. Samoylov razı-
   303   304   305   306   307   308   309   310   311   312   313