Page 312 - "Zəfər və ilğım"
P. 312
götürüldü. Dolama pillәkәni ildırım sürәtiylә enib, maşına
doğru qaçdılar. Onları orkestrin sәkkiz musiqiçisi tәqib
edirdi. Barabançının әlindә mikrofonun uzun, dәmir dayağı
vardı. Qәfildәn Vısotskinin maşınının yanında bir taksi da-
yandı. Dıxoviçnı başda olmaqla, maşından dörd aktyor düş-
dü. Litvalılar rәqiblәrinә kömәk gәldiyini görәn kimi dayan-
dılar. Teatrın komandası dәrhal sәf qurub, davaya hazırlaşdı.
İndi qruplar göz-gözә dayanıb, bir-birini hipnoz etmәyә ça-
lışırdı. Bu mәqamda Dıxoviçnının pıçıltısı eşidildi:

– Sakit olun, bircә davamız çatmır… Sabah bütün qәzetlәr
bizi “Taqanka Teatrının başkәsәnlәri” kimi qәlәmә verәcәk.

– Nә tәklif edirsәn? – Vısotski soruşdu.
– Gedirik!
– Yaxşı, amma lәyaqәtlә… qoy demәsinlәr ki, dabanlarına
tüpürüb qaçdılar, – Bortnik razılaşdı.
Tәlәsmәdәn maşınlara oturub, litvalı musiqiçilәrin gözü
önündә dövrә vurdular. Barabançı jestlә Vısotskini hәdәlәdi:
yәni, elә bilmә ki, bununla hәr şey bitdi. Sonralar Siyasi
Büronun üzvü D.Polyanskinin kürәkәni Vanya Dıxoviçnı
312 bu hadisәni tez-tez xatırlayır, Litvada qastrol sәfәri zamanı
Vısotskini necә xilas etdiyini yerli-yataqlı danışmaqdan
doymurdu. (Bu hadisәnin davamı da var: Vısotskinin dostu
Stepanovun dediyinә görә, iki ay sonra Vladimir yenidәn
Vilnüsә qayıdıb, iki gün orada qalıb. Kimsә onu barabançı
qızla görüb, şәklini çәkmişdi. Qızın gözәlliyinә söz ola
bilmәzdi.)
Demәliyәm ki, Vısotski hәmişә әn gözәl qadınlara aşiq
olurdu. O, fransız kino ulduzu Marina Vladiyә evlәnmişdi.
Bir dәfә bir komedioqraf qadınların әhatәsindә olan Vısotskiylә
Marina Vladini görüb belә demişdi: “Qadın başa düşmәk
istәmir ki, onu әbәdi olaraq sevmәk – hәmişә vә fasilәsiz
sevmәk demәk deyil”.
Görünür, Vısotski belә “fasilә”lәrlә sevirdi. Ancaq bir
qadın vardı, Vısotski hara getsә dә, hәmişә onun yanına
   307   308   309   310   311   312   313   314   315   316   317