Page 317 - "Zəfər və ilğım"
P. 317
Sov.İKP MK-nın katibi yoldaş K.F.Katuşevlә razılaş- 317
dırılmışdır”. (Nә deyirsiniz deyin, Sov.İKP-nin arxivindәki
sәnәdlәri oxumaq çox әylәncәli mәşğuliyyәtdir!)
Bolqarıstan televiziyası vә radiosunun Moskva müxbiri,
tanınmış jurnalist L.Kolarov Vısotski yaradıcılığının sofiyalı
pәrәstişkarı S.Kovaçevlә söhbәt әsnasında әlavә maraqlı
mәlumatlar verib. Kovaçov mәnә yazırdı ki, Kolarovun
bildirdiyinә görә, sosialist ölkәlәriylә mәdәni әlaqәlәrin
güclәndirilmәsi ilә bağlı partiyanın yuxarı dairәlәrindә
(1971-ci il) qәrar qәbul edilmişdir. Moskvada işlәyәn Kolarov
Taqanka Teatrının artistlәri, xüsusilә dә İ.Bortnik vә baş
rejissor Y.Lübimovla dostlaşmışdı.
Bir dәfә Bolqarıstanın başçısı Todor Jivkovun qızı
Lüdmila Jivkova Moskvaya gәlmişdi. L.Jivkova onda Bolqa-
rıstanın Xarici Ölkәlәrlә Mәdәni Әlaqәlәr Komitәsindә
işlәyirdi. Bolqarıstan televiziyasının rәhbәri olan әri İvan
Slavkovun mәslәhәtiylә Jivkova Kolarova zәng vurub,
Moskvanı ona göstәrmәyi xahiş etmişdi. Kolarov öz evindә
onu Lübimovla tanış etdi. Jivkova Taqanka Teatrını Bolqa-
rıstana dәvәt etdikdә, Lübimov cavab verdi: “Nәzәrә alın
ki, teatrı xaricә getmәyә qoymurlar”. Buna baxmayaraq,
nәhayәt (dörd ildәn sonra), qastrol sәfәri baş tutdu”.
Taqanka Teatrı Bolqarıstana dörd tamaşa gәtirmişdi. On-
lardan üçündә – “Hamlet”, “Dünyanı sarsıdan on gün”,
“Sezuanlı xeyirxah” tamaşalarında Vısotski dә iştirak edirdi.
Dördüncüsü “Bu yerlәrin sakit sәhәri” tamaşası idi. Sentya-
brın 6-dan 23-nә kimi böyük uğurla 15 tamaşa nümayiş et-
dirildi. Ancaq әn populyar tamaşa “Hamlet”, әn çox alqışlanan
artist Vısotski idi. Teatr hәlә yolda ikәn Vısotskinin Hamlet
rolunda oynaması ilә bağlı bolqar mәtbuatında silsilә yazılar
çap olunmuşdu. Bu yazılar bir qәdәr gözlәnilmәz effekt
doğurdu: baxmayaraq ki, Vısotski Bolqarıstanda şair vә öz
mahnılarının ifaçısı kimi tanınırdı, çoxlarının yaddaşında,
ilk növbәdә, Hamlet rolunda oynayan aktyor kimi qaldı.