Page 318 - "Zəfər və ilğım"
P. 318
Görünür, aşağıdakı fakt da bununla izah olunmalıdır: Bolqar
televiziyasının müxbiri mahnılar haqqında yox, Hamlet rolu
barәdә sual verdi. Vısotski müxbirin ilk sualının Hamlet
rolu ilә bağlı olacağını tәxmin etmirdi, buna hazır deyildi.
(“İlk sualla siz mәni karıxdırdınız” – verilişdә özü dә bunu
etiraf etdi.) Buna baxmayraq, Vısotski bir neçә sözlә oynadığı
rolun mahiyyәtinә aydınlıq gәtirәrәk, suala çox orijinal
cavab verdi: “Mәnim oynadığım Hamlet “olum, ya ölüm”
dilemması qarşısında deyil. Ona görә ki, hәyatı seçir. Bilir
ki, hәr halda yaşamaq gözәldir… Ancaq Hamlet bu sualı
özünә verirsә, insanlar yaşamaq lazım olduğunu bilә-bilә
daim bu suala cavab axtarırsa, demәli, nәsә çalışmır… Mә-
sәlә yaşayıb-yaşamamaqda da deyil. Bu sual nә üçün vaxt-
aşırı qarşımıza çıxır – bax, mәsәlә bundadır”.

Taqanka Teatrının “qızıl dövrü”ndә nümayiş etdirilәn
tamaşaları, yalnız görәnlәr xatırlayır. Videomateriallar,
demәk olar, yoxdur. Görәsәn, niyә? Bunu yalnız müdiriyyәtin
xoş olmayan münasibәtiylә izah etmәk düzgün olmazdı –
hәr halda, videoçәkiliş üçün MK-dan icazә almaq lazım
318 deyildi. Әsas problem Y.Lübimovun mövqeyi ilә bağlıydı.
Mәlumdur ki, Taqanka Teatrının bir çox tamaşaları, az qala,
yarımqaranlıq zalda nümayiş etdirilirdi, belә ki, son sıralarda
oturan tamaşaçılar sәhnәdә baş verәnlәri çәtinliklә görә
bilirdi. Lübimov çәkiliş üçün zәruri olan әlavә işıqlandırmaya
razı olmurdu. Deyirdi ki, bu, aktyorlara vә tamaşaçılara
mane olur. Ancaq bir dәfә L.Georgiyevin “Moskva görüşlәri”
adlı silsilә verilişlәrindәn birindә iştirak edәn Lübimov fikir
verib gördü ki, bolqar televiziyaçıları çәkiliş zamanı cәmisi
iki balaca elektrik lampasından istifadә edir. “Bu lampalardan
istifadә edәcәksizsә, etirazım yoxdur, tamaşalarımızdan
birini çәkә bilәrsiz” – O, Georgiyevә dedi. Taqanka Teatrı
Sofiyaya gәlәndә Georgiyev hәmin söhbәti Lübimovun
yadına saldı. Baş rejissor verdiyi sözün üstündә durdu vә
nәhayәt, Bolqarıstan televiziyası “Sezuanlı xeyirxah” vә
   313   314   315   316   317   318   319   320   321   322   323