Page 310 - "Zəfər və ilğım"
P. 310
dәymәyә getmişdim. Sonra içib, o şәrәfsizin harada yaşadığını
öyrәndim. Evlәrinә getdim, tapa bilmәdim. Ordan birbaşa
teatra yollandım – yerdә qalanları özün bilirsәn. Oğlan indi
“Erfrut” barında, işdәdir. Orkestrdә barabançıdır…

İyirmi-iyirmi beş dәqiqәdәn sonra maşın dayandı. Tikilinin
üzәrindәki lövhәnin qırmızı fonunda “Erfrut” yazısı uzaqdan
görünürdü. Kәnardan әkizlәrә oxşayan aktyorlar maşından
çıxıb, әsas giriş qapısından içәri girdilәr.

Girişdә xüsusi geyimdә olan yaşlı bir litvalı dayanmışdı.
Vısotski ondan orkestrin yerini soruşdu.

– Burada keçmәk yox. Orkestr orada. – Yaşlı kişi xa-
rakterik litvalı lәhcәsi ilә cavab verib, әliylә zalı göstәrdi vә
kәnara çәkildi. Deyәsәn, sәrxoş müştәriylә söhbәti uzatmaq
istәmirdi.

Vısotski Samoylova tәrәf çevrilib soruşdu:
– Pulun var?
– Var, – Samoylov cibindәn beşmanatlıq çıxardı.
– Ey, cәnab, mәn Vısotskiyәm! Orkestrin musiqiçilәriylә
danışmaq istәyirәm.
310 – Mәn bilmәz Visotski kim. Burada olmaz! – Litvalı ona
tәklif olunan pulu götürmәsә dә, mәslәhәtini әsirgәmәdi: –
keçin o tәrәf, var dolama pillәkәn orada, görmәk…
Qaçıb aradan çıxmalı olsaydılar, yubanmasınlar deyә,
hәr ehtimala qarşı, maşını darvazanın yanına, girişin önünә
sürdülәr. Maşından düşüb, kişinin göstәrdiyi sәmtә getdilәr
vә beletaja aparan dolama pillәkәnlә yuxarı qalxdılar.
Qapının önündә dayanıb, nәfәs dәrdilәr. Qapını aralayan
kimi, orkestrin sәsi eşidildi. “Günәşli vadinin serenadası”nı
çalırdılar. Samoylov tәşәbbüsü әlә aldı:
– Volodya, qәfildәn içәri giririk, bir-birimizin arxamızı
qoruyuruq. Yalvarıram, mәndәn aralanma. Danışdıq?
Vısotski razılıq әlamәti olaraq başını yellәdi.
– O tipi mәnә göstәr, qalanı sәnlik deyil, – Samoylov
sinәsini irәli verdi.
   305   306   307   308   309   310   311   312   313   314   315