Page 304 - "Zəfər və ilğım"
P. 304
İndi isә Litvanın Vilnüs şәhәrindә baş vermiş hadisәlәrdәn
danışaq.

Vısotski Litvada bir qıza vurulmuşdu. Qeyd edim ki, bu
bir qәdәr müәmmalı hekayәtdir. Samoylov onun sevgilisinin
üzünü dә görmәmişdi, amma ağına-bozuna baxmadan
“namәlum gözәl”in davasını elәyirdi. Gәlin, başdan başlayaq.

Sәhv etmirәmsә, Vısotski “İnternasionalnaya” mehmanxa-
nasında qalırdı. Mehmanxananın gecә barı özünün qadın
orkestri ilә mәşhurlaşmışdı. Orkestr iştirakçılarının әn gözәli
barabançı qız idi. O qәribә qız haqqında bir qәdәr sonra.

Müxtәlif mәnbәlәrdәn götürdüyüm üç xasiyyәtnamәni
sizә tәqdim etmәk istәyirәm: “74-cü ilin sentyabr günlәrindә
ali mәktәb tәlәbәlәri vaxtlarını hәmkarlar ittifaqı sarayında
keçirirdilәr. Tәlәbәlәri kartof yığmağa göndәrmәmişdilәr.
Elә hәmin günlәrdә Taqanka Teatrı Vilnüsә qastrola gәldi.

Kasıb tәlәbәlәr hәr vәchlә tamaşalara kontramarkalar
әldә etmәyә çalışır, bәzәn dә nәzarәtçilәrin gözündәn yayınıb,
içәriyә biletsiz keçirdilәr. Doğrudur, bәzәn boyunlarından
yapışıb, çölә atılanlar da olurdu, ancaq bundan heç kim
incimirdi. Onlar sәhnәdә baş verәnlәri qapı arxasından da
304 dinlәmәyә hazır idilәr.

Tamaşadan öncә sәhnәyә qalxan Lübimovu hәmişә gu-
rultulu alqışlarla qarşılayırdılar.

Yaxalıqsız, toxunma köynәkdә, cins şalvarda sәhnәyә
çıxan Lübimov çox әzәmәtli tәsir bağışlayırdı. Boynuna
hәmişә rәngli yaylıq bağlayırdı.

…Taqanka Teatrının baş rejissorunu tamaşaçılara tәqdim
etdilәr. İtaliyada sәfәrdә olan Lübimov Vilnüsә bircә günlüyә,
öz hәmkarlarını dәstәklәmәk üçün gәlmişdi. O vaxtlar Lübi-
movun adı әtrafında әfsanәlәr dolaşırdı. Zalda alqış sәdaları
sәngimirdi. Vilnüs teatrsevәrlәri kimi sәmimi, istiqanlı,
hәqiqi istedada qiymәt vermәyi bacaran tamaşaçılar az-az
tapılar!”.

Taqanka Teatrının aktyorları ilә ünsiyyәtdәn tәәssürat:
“Tamaşaya düşә bilmәk üçün Hәmkarlar İttifaqı sarayına
   299   300   301   302   303   304   305   306   307   308   309