Page 302 - "Zəfər və ilğım"
P. 302
Navoi şəhərində qastrol səfəri zamanı, 1973-cü il

Vladimir idi. Minlәrlә insan, xüsusilә dә cavanlar, rәsmi
tәbliğat maşınının bütün cәhdlәrinә baxmayaraq, Volodyanın
sәsini yaxşı tanıyırdım. Boynuma alıram ki, Qazaxıstanda
işlәyәrkәn dünyaya daha çox fotoaparatın obyektivindәn
baxır, müğәnnilәr vә artistlәrlә bir elә maraqlanmırdım.
302 Volodyanın ilk sözlәri mәni tәәccüblәndirdi: “Uşaqlar, –
o dedi, – bir aydır ki, Orta Asiyada qastroldayıq. Bu müddәt
әrzindә beş dәfә müsahibә vermişәm. Nәticәsi sıfırdır. Heç
biri çap olunmadı. Eybi yoxdur, gәlin danışaq, ancaq heç nә
alınmayacaq”.

Onunla xeyli söhbәt elәdik. Bu zaman truppa mәşq
edirdi. Volodya tez-tez bizdәn ayrılıb sәhnәyә qalxır, yenidәn
qrim otağına qayıdırdı. Quslyarov müsahibә götürür, mәnsә,
lentә qәnaәt etmәdәn, bir ucdan şәkil çәkirdim. Üst-üstә iki
saat söhbәt elәdik.

Sonra birlikdә nahara yollandıq. Yemәkxanada Volodya
özünә mantı sifariş etdi. Hәmrәylik naminә biz dә mantı
götürdük. Çәngәllә mantının birini didişdirәndә, içindә
bişmiş soğan vә bir qırıq әtdәn başqa heç nә olmadığını
gördüm. Yenicә donquldanmağa başlayırdım ki, Volodya
   297   298   299   300   301   302   303   304   305   306   307