Page 257 - "Zəfər və ilğım"
P. 257
– İlahi, niyә axı? 257
İki dahinin sonrakı söhbәtinin şahidi olmuş aktyorlar
bәstәkarın hansı epitetlәrdәn istifadә etdiyi barәdә heç nә
danışmırlar, ancaq onun etirazının effektini hamı görür:
Lübimov bu sәhnәni tamaşadan çıxardı. Bu, Vısotskinin dә
ürәyindәn idi.
“Hamlet”in araya-әrsәyә gәlmәsi uzun sürdüyü üçün
(tamaşa doqquz aya hazırlanmışdı) tamaşa zalında hәmişә
çoxlu adam olurdu. Lübimov mәslәhәtçilәrin bol olduğu
atmosferdә özünü suda balıq kimi hiss edirdi. Bir dә
görürdün ki, kimsә ona yaxınlaşıb, ağıllı üz ifadәsilә nәsә
deyir, bundan sonra mәşqlәr dayandırılırdı vә “mәslәhәtçilәr”
komandasının tәklif etdiyi yeni variantlar üzәrindә işlәmәli
olurdular. Aktyorlar belә şeylәri soyuq qarşılayır, mәşqlәr
dayandırıldığı halda isә narazılıqlarını gizlәdә bilmirdilәr.
O vaxtlar teatrın Bәdii Şurasında Voznesenskidәn tutmuş,
Çuxraya qәdәr, bir çox görkәmli insanlar tәmsil olunurdu.
Burada әlifbanın bütün hәrflәri ilә başlayan soyadlara rast
gәlmәk olardı. İndi hamısını xatırlamaq belә çәtindir. Bir
dәfә “Hamlet”in mәşqlәrindә, Danimarkanın dövlәt quruluşu
ilә Rusiya arasında müqayisәlәr aparılırdı. Kimsә Lübimova
dedi ki, monqol-tatar işğalı düz üç yüz il çәkib, Rusiyanın
hәyatında çoxlu faciәvi hadisәlәr olub vә aktyorlar o dövrün
ab-havasını öyrәnmәsәlәr, öz rollarını layiqincә ifa edә
bilmәzlәr. Vısotksi bu mәslәhәtlәrdәn boğaza yığılmışdı.
–Vladimir, axı sәn hәm dә şairsәn, bunları bütün
tәfәrrüatıyla öyrәnmәk lazımdır.
“Üç yüz il sürәn monqol-tatar zülmü” ifadәsi üçüncü
dәfә sәslәnәndәn sonra Vısotski artıq dözmәdi, üzünü
“mәslәhәtçi”yә tutub dedi:
– Hörmәtli yoldaş D…..., rejissora niyә yalan danışırsız?
Monqol-tatar zülmü üç yüz il yox, 256 il sürüb.
Zala dәrin sükut çökdü. Hamı Lübimovun üzünә zil-
lәnmişdi.
   252   253   254   255   256   257   258   259   260   261   262