Page 260 - "Zəfər və ilğım"
P. 260
– Bax, siz Әdәbiyyat İnstitutunda oxuyursuz, elәdir?
– Bәli, Viktor Sergeyeviç, Rozovun seminarında, –
Samoylov fәxrlә dedi.
– Bir şairin üç-dörd sәtrini deyәcәyәm:
İlahi, hifz elə Çarı!
Qüdrətlə, əzəmətlə,
Hökm elə, səltənət sür,
Bizi bəxtiyar elə!
Bunu kim yazıb?
– Çar dövrünün himnidir, Puşkin yazıb! – Samoylov
dәrhal cavab verdi.
– Sәhvin var. Puşkin “Rusların duası” şeirini yazıb, an-
caq bu, himn deyil. Himni Jukovski yazıb. Musiqisi Lvovun-
dur. Himni ilk dәfә 1833-cü ildә, çar I Nikolayın iştirakı ilә
Bolşoy Teatrda ifa ediblәr. Mәn bunları bilirәm, çünki
Lüdmila Vasilyevnayla birlikdә “Yoldaş, inan!” tamaşası-
nın üzәrindә işlәyirәm. Tamaşada sәnә dә rol vermәk
260 istәyirdim, ancaq indi fikirlәşmәli olacağam.
– Hansı rolu vermәk istәyirsiniz, Yuri Petroviç?
– Dedim axı, fikirlәşәcәyәm! Sizә oxumaq, öyrәnmәk
lazımdır. Lope de Veqanın iki mindәn çox yaxşı pyesi var.
Ancaq o cәnab hәrtәrәfli, mükәmmәl tәhsil almışdı, bir
neçә dil bilirdi. Heç onun pyeslәrinin hamısı sәhnә-
lәşdirilmәyib. Odur ki, dostluq elәyin, ancaq bir-birinizi
tәriflәyib göylәrә qaldırmayın. “Әgәr uşaqlar bizim istәdiyimiz
kimi böyüsәydi, hamısı dahi olardı”.
– Kimin sözüdür?
– Mәnim deyil, ancaq yadımda qalıb, sәn dә unutma.
Bu vaxt Qlaqolin Lübimovu sәslәdi, onlar birlikdә yuxarı
qalxdılar. İkinci mәrtәbәdә Әdәbiyyat İnstitutunun müәllimi
Vladimir Yermilovla görüş tәyin edilmişdi.
Sonralar Yuri Petroviç etiraf edirdi ki, onun Tanrıya ta-