Page 262 - "Zəfər və ilğım"
P. 262
Bu, möcüzәdir – ona hәr tәrәfdәn mane olur, işinә pәl vur-
mağa çalışırdılar, ancaq o, hәr şeyә dözür vә istәdiyi bütün
mahnıları oxuyurdu”.

Volodya Taqanka Teatrının aktyoru kimi ilk çıxışlarına
başlayanda, onun әtrafında “tәsadüfi” adamlar peyda oldu.
Ancaq bu, başqa söhbәtin mövzusudur. Bu adamlar hәr
addımda ona öz sevgisini izhar edir, hәr vәchlә ondan
yararlanmağa çalışırdılar…

Puqaçov mәsәlәsi

İrәlidә Taqanka Teatrını Bolqarıstana ilk qastrol sәfәri
vә Belqradda möhtәşәm çıxışlar gözlәyirdi. Hәlәlik isә
Samoylov Boris Qalkinlә birlikdә cәmisi bir rolun mәşqlәrindә
iştirak etmiş, “Nә qәdәr müdrik olsan da…” tamaşasında
Qlumov obrazını canlandırmışdı. Nәhayәt, “Yoldaş, inan!”
tamaşasının vaxtı gәlib çatmışdı.

Samoylovun bәxt ulduzu birdәn-birә parladı. Günlәrin
bir günü o, Lübimovun kabinetinin qapısını tıqqıldatdı.
262 Lübimov oturub, Yermilovla çay içirdi.

– Nә lazımdır? – rejissor üzünü turşutdu.
– Mәslәhәt almaq istәyirәm, – Samoylov özünü itirmәdi.
– Qoy sәnin müәlliminlә söhbәtimizi qurtaraq, sonra
mәslәhәtlәşәrik.
Әdәbiyyat İnstitutuna tәlәsәn Yermilov tezliklә kabinet-
dәn çıxdı.
– Gәl, gәl, Samoylov. Mәnә nә sözün var? Çay istәyirsәn?
– Sağ olun, istәmirәm. Bir ideyam var. Mәn filarmoniyada
bәdii qiraәtlә mәşğulam. Ora üç il әvvәl müsabiqә yoluyla
qәbul olunmuşam.
– Bilirәm, çox yaxşı işdir. Dostum Smolenski çoxdandır
ki, orada uğurla çıxış elәyir. Onu tanıyırsan?
– Әlbәttә, әsl qiraәt ustasıdır.
– Orada nә qәdәr qazanırsız?
   257   258   259   260   261   262   263   264   265   266   267