Page 264 - "Zəfər və ilğım"
P. 264
– Tәxminәn elә o qәdәr çıxır.
– Harda, filarmoniyada? – Lübimov tәәccüblәndi.
– Hә, filarmoniyada.
– Bir dәqiqә, bәs teatrda nә qәdәr alırsan?
– 150 rubl.
– Şükür, yaxşı ki, bundan çox deyil, yoxsa lap yolunu
azardın.
– Minnәtdaram, Yuri Petroviç, ancaq bura başqa işçün
gәlmişәm.
– Yaxşı, buyur, sәni dinlәyirәm.
– Mәn Yeseninin “Puqaçov” poemasını tamaşaya hazır-
lamışam. Poemaya II Yekaterinanın әmrlәri vә V.Şişkovun
eyniadlı romanından sәhnәlәr dә әlavә olunub. Bütün bunları
tәkbaşına elәmişәm, ancaq bu monotamaşa üçün rejissor
lazımdır. Sizdәn kömәk istәyirәm. Vaxtınızı çox almayacağam.
İşin haqqını filarmoniyanın rәhbәrliyi ödәyәcәk. Müqavilә-
ni dә gәtirmişәm, – Samoylov müqavilәni stolun üstünә
qoydu, – direktor dedi ki, Lübimov bizimlә işlәmәk istәsә,
müqavilәyә istәnilәn mәblәği yaza bilәr…
264 – Necә yәni istәnilәn mәblәği?
– Ürәyiniz istәyәn rәqәmi yazın, min rubla qәdәr.
– Belә de dә, yoxsa ağzım sulanmağa başlamışdı. Maşı-
nım xarabdır, tәmir etdirmәliyәm, Lüdmila Vasilyevna da
özününkünü vermir… Sәn bütün “Puqaçov”u әzbәrlәmisәn?
– Başdan-ayağa.
– Elә isә axırdan başla görüm. Puqaçovun son monoloqu.
Samoylov Puqaçovun sonuncu monoloqunu söylәmәyә
başladı. Elә bu vaxt qapı döyüldü. Lübimov qalxıb qapını
açdı vә içәri girmәk istәyәn bәdii hissә müdiri Ellanı geri
qaytardı:
– Biz burada mәşq edirik, sonra gәlәrsәn!
Bir aydan sonra Samoylov “Puqaçov” tamaşasını tәhvil
vermәliydi. Lübimovla yalnız yeddi dәfә mәşq elәmişdi.
Qalan işlәrin hamısını gözәl rejissor, hazırda Göteborqda
   259   260   261   262   263   264   265   266   267   268   269