Page 261 - "Zəfər və ilğım"
P. 261
nmasının sәbәbkarı mәhz oğlu Nikita Yuryeviç olub. 261
Nikita öz oğulluq missiyasını bu şәkildә yerinә yetirmişdi.
Bu etirafda oğul müdrik bir bәlәdçi kimi, öz atasından da
ağıllı vә tәdbirli görünür.
Tezliklә “Hamlet” tamaşaçıların ixtiyarına verildi. Bu
tamaşa teatrın vә әlbәttә, Hamlet – Vısotskinin zәfәrinә
çevrildi. Baxmayaraq ki, Lübimov Vısotskinin ifa etdiyi
Svidriqaylov rolunu daha çox bәyәnirdi. Rejissor sonralar
yazırdı: “…getdikcә püxtәlәşir, Hamlet rolunu daha yaxşı
oynayırdı. Bir dәfә Marseldә elә tәsirli oynadı ki, gözümü
çәkә bilmәdim”.
Әlbәttә, düzünü Ustad bilәr. Sözsüz ki, premyera tama-
şaları hәlә bütün tәlәblәrә cavab verә bilmәzdi. Tamaşa ya-
lnız teatrın qastrol sәfәrlәri zamanı cilalanmış, mükәmmәl
formaya düşmüşdü. Lübimov da Marseli ona görә yada sa-
lır. “Hamlet”in premyerasından sonra Vısotskinin pәrәstiş-
karlarının sayı birә yüz artdı. Konsertlәr, konsertlәr, kon-
sertlәr… İstәr-istәmәz, bir dәfә Lübimov da ona qoşuldu.
Onda aktrisa Z.Slavina xәstәlәndiyi üçün “Analar” tamaşası-
nı tәcili olaraq nәylәsә әvәzlәmәk lazım idi. Taqanka Teatrına
gәlәnlәr isә tәsadüfi tamaşaçılar deyildi. Odur ki, teatrın
administrasiyası Allaha tәvәkkül, riskә gedәrәk, tamaşanı
V.Vısotski, L.Filatov vә digәrlәrinin iştirak etdiyi konsert
proqramı ilә әvәzlәmәyi qәrara aldı. Tamaşaçılar konserti
böyük maraqla izlәdi. Nәticәdә tamaşa-konsert proqramlarının
yaradılmasına qәrar verildi.
Sonralar Lübimov xatırlayırdı: “Son vaxtlar bir neçә
artist teatrda “Janr axtarışları” adlı proqram hazırlamışdılar.
Proqramın aparıcısı Vladimir idi. Hamımız çalışıb, onu
leqallaşdırmaq istәyirdik. Çünki bu konsert proqramları
numayiş etdirilir, hakimiyyәt dairәlәri isә özünü görmәzliyә
vururdu. Bu, aktyorların özünün yaradıcılığı idi, mәn yalnız
onlara kömәk elәyirdim. Vladimirin tәşkil etdiyi konsert-
lәrә görә başımızı ağrıtsalar da, o çıxışlarına ara vermirdi.