Page 255 - "Zəfər və ilğım"
P. 255
tüpürmәk istәdi, ancaq Karmen buna imkan vermәdi. O, 255
әliylә Samoylovun ağzını tutdu vә birdәn dodağını onun
dodağına yapışdırdı. Uzun-uzadı öpüşdülәr.

– İndi isә sәni şokdan çıxaracağıq, – Karmen qapının
cәftәsini vurdu, sonra cәld soyunub Samoylovun yanına
uzandı, – sәn müalicә almalısan, biz hәr şeyi yoluna qoyarıq,
әvvәlcә potensiyanı qaydaya salmaq lazımdır. Vitya, müqa-
vimәt göstәrmә, mәn nә elәdiyimi bilirәm. Bu şoku yalnız
sekslә götürmәk olar.

– Axı mәn evliyәm, – Samoylov son gücünü toplayıb,
pıçıldadı.

– Sakit ol, arvadın buna etiraz etmәzdi. Hesab elә ki,
mәn qadın yox, böyük aktyoru xilas edәn hәkimәm. Bax
belә, әzizim, bir daha, bir daha – artıq hәr şey qaydasındadır.
Arvadına deyәrik ki, bu, hәkim proseduru idi.

Prosedur gecәyarısınacan uzandı. Samoylov Karmenlә
yataqxanada gecәlәmәli oldu. Slava Samoylovun arvadına
zәng elәyib, teatrda baş verәnlәri ona danışdı vә bununla da
hamı sakitlәşdi. Sakitlәşmәyәn yalnız Tatyanaydı. O, sәhә-
rin gözü açılmamış yataqxanaya gәldi vә açıq qapıdan içәri
keçib, әrini Karmenin ağuşunda gördü. Sonradan Samoylov
öyrәndi ki, Rıjiy, gәlәnin Karmenin rәfiqәsi olduğunu zәnn
etdiyindәn, qapını açıb. Axşamtәrәfi Samoylovun qayınatası
Boris İvanoviç dә yataqxanaya gәldi. O, çamadanda Samoy-
lovun pal-paltarını gәtirmişdi. Qayınata çox qәzәbliydi, hir-
sindәn özünә yer tapmırdı, hәtta bir dәfә tәsadüfәn әlinә
keçәn kәlbәtinlә Samoylova divan tutmaq istәdi. Lakin
Vısotskiylә möhkәm bәdәnli Rıjiy onun qabağını kәsdilәr
vә Boris İvanoviç kürәkәninin ünvanına yağlı söyüşlәr yağ-
dıraraq, qapını çırpıb getdi.

Tatyanayla Samoylov hәmin gün ayrılmadılar. Tanya
hamilәydi, onlar neytral zonalarda, o cümlәdәn dә, Samoy-
lovun indi rәhbәrliyin icazәsi ilә qaldığı yataqxanada görü-
şürdülәr. Tatyana bәzәn makinada Samoylovun kurs işlәrini
   250   251   252   253   254   255   256   257   258   259   260