Page 250 - "Zəfər və ilğım"
P. 250
İnsan ölümü mәndәn dә nәsә aparır, çünki Bәşәriyyәtlә
mәn bir bütövük. Odur ki, mәndәn bu Zәngin kimin üçün
çalındığını soruşma; bu Zәng sәnin üçün çalınır”.

Bu sözlәrdә cavab tapmaq istәdiyimiz bütün suallara
aydınlıq gәtirilir. Teatrın “uşaqlıq illәrindә” hamının bunu
başa düşmәsi lazım idi.

Әvvәllәr teatrda bu sözlәrin әhәmiyyәtini dәrk edir,
onları әzbәrdәn, tez-tez tәkrarlayardılar. Sonradan bu sözlәr
unuduldu, indi onları yada salan da yoxdur. Doğrudan da,
“Әn vacib elm hansıdır?” – “Lazım olmayanları unutmaq
elmi”.

O qalmaqallı hadisәlәrdәn sonra, heç nә olmamış kimi,
“Hamlet” tamaşasının mәşqlәri davam etdirildi. Ofeliyanın
dәfn sәhnәsini oynayırdılar. Hamlet rolunu Samoylov ifa
edirdi. Zolotuxin sanki “buxarlanmışdı”. O, mәşqlәrә gәlir,
Lübimovun gözünә görünür, ancaq özünü oda-közә vurmurdu.
Bu, onun seçdiyi üsul idi – göz qabağında olmaq, nәyin ba-

250

Y.P.Lübimov
   245   246   247   248   249   250   251   252   253   254   255