Page 245 - "Zəfər və ilğım"
P. 245
– Buyurun, – Lübimovun sәsi gurladı, – çıxıb gedir, da- 245
nışmaq da istәmir. Yadınızda saxlayın: teatrda çox belә cә-
nablar görmüşük. – Birdәn-birә gözlәri artist Nasonova sa-
taşdı, – Nasonov, sәnә dә xәbәrdarlıq edirәm, qrim otağın-
da әyyaşlıq etdiyini eşitsәm, özündәn küs!

Onda Nasonov spirtli içkilәrin daşını atmış, işә gәlmәyәn
Vısotskinin yerinә ikinci dәfә Xlopuşa rolunu oynamışdı
vә indiki halda ona bildirilәn irad tamamilә yersiz idi. Odur
ki, dözmәyib, o da toplantını tәrk etdi.

Toplantıdan sonra Samoylov Vısotskini qrim otağında
tapdı. Vısotskiyә bıçaq vursan, qanı çıxmazdı. Samoylov
heç vaxt onu ağlayan görmәmişdi. Vısotski şikayәtlәnmәyi
dә sevmirdi. Ancaq Lübimovun “iki-üç abırlı mahnı yaz-
mısınız” ifadәsi onun qәlbinә toxunmuş, özündәn çıxarmışdı.
Vısotski әl-qolunu ölçәrәk, dayanmadan tәkrarlayırdı:

– Eşitdin nә dedi?! Utanıb-qızarmır, ağzına gәlәni danı-
şır… Әn vacib, әn qiymәtli şeylәri belә tapdalamağa ha-
zırdır… bәdbәxt qrafoman… özü dә yazır axı… iki-üç yox,
altı yüz mahnı! Sәnsә beş şeir yazmısan, nә qafiyәsi var, nә
dә vәzni bilinir.

Sonralar Samoylov bir daha onu belә vәziyyәtdә görmәdi,
ancaq o gün hәmişәlik yaddaşına hәkk olundu. Sanki teatrda
bir kabus dolaşır, gizlicә insanların arasını vururdu.

Әlbәttә, Lübimov Vısotskinin necә qiymәtli sәnәtkar
olduğunu bilirdi. Ancaq teatrın rәhbәri, özüylә gәtirdiyi
aktyor qrupunun hamisi kimi, bәzәn qәlbinin istәyinә zidd
getmәli olur, hәrdәn çox sәrt, hәtta amansız davranırdı.
Әslindә, aktyorlar aza qane olan insanlardır, onlarla әdalәtli
davranmaq, bir qәdәr diqqәtli olmaq әvәzinә qaba tәlim-
tәrbiyә üsullarından istifadә etmәklә, dәqiqәbaşı “Siz kimlә
işlәdiyinizi bilmirsiz” demәklә hәr şeyi korlaya bilәrsiz.
Bunu da hәr rejissor bacarmır. Lübimov aktyorlara bir alәt
kimi baxırdı. Nәticәdә, Lübimovun “qolunun gücü” azalan
kimi hәmin “alәt”lәr bunun heyifini ondan aldı. Әlbәttә,
bu, faciәvi bir sәhv, yanlış addım idi. Bu, “bir günlük
   240   241   242   243   244   245   246   247   248   249   250