Page 244 - "Zəfər və ilğım"
P. 244
***
Yüksәk aktyor mәvacibinin tәyin olunduğunu әks etdirәn
sonuncu sәnәd, bәlkә dә, Vısotskinin hәyatının әn işıqlı
epizodudur. Demәliyәm ki, çoxlarının bu sәnәdlәrdәn xәbәri
yoxdur vә mәn onları elә-belә diqqәtinizә çatdırmıram. Bu
materialları toplamaqda mәnә kömәk etmiş Leonid Pavloviçә
ayrıca tәşәkkür edirәm.
Sizә tәqdim olunan әmr vә qәrarlardakı dramatizmi hiss
etmәmәk mümkün deyil. Bu sәnәdlәrdә dövrümüzün әn
görkәmli insanlarından biri – V.Vısotskinin ağır, keşmәkeşli
hәyatı әks olunub. Görәsәn, hansı tәrәf haqlıydı – “tatar
mirzәlәrinin mәclisi”nә bәnzәyәn, “töycü” tәlәb elәyәn
teatr, yoxsa bütün işlәri korlayan Vısotski? Artıq bu mәsәlәlәri
aydınlığa çıxarmaq çox çәtindir?
Bir şey aydındır: bu teatr salnamәsindә sanki notlarla
yazılmış bir “iztirab paradiqması” protokollaşdırılmışdı.
Xәyal dünyasından triumfa doğru yola çıxan istedadlı
şәxslәrin çoxu bu dolanbaclardan keçmәli olur. Bu da
tәsadüfi deyil: dahilik – yalnız dözüm vә sәbir demәk deyil,
hәm dә buraxılmış sәhvlәr, yanlışlıqlardır. Bu sәnәdlәr hәm
244 dә ona görә ibrәtamizdir ki, onlar Taqanka Teatrındakı
yaradıcı vә istehsalat vasitәlәrini nümayiş etdirir. Onlardan
tәkcә Vısotski yox, kollektivin heç bir üzvü sığortalanmamışdı.
Sonradan konfliktlәr vә qarşıdurmalar o qәdәr çoxaldı ki,
bütün bunlar teatrın parçalanmasına gәtirib çıxardı. Bunun-
la belә, Lübimovun sözlәrindә dә bir hәqiqәt var. O deyirdi
ki, teatr Vısotskiyә öz nadir istedadını cilalamaq üçün bütün
imkanları yaratmışdı. Onun Taqanka Teatrının tamaşalarında
ifa olunan mahnılarının hәr biri rәsmi susqunluğu, әn
müxtәlif “qoruyucu instansiyaların” tәqibini neytrallaşdı-
ran qәlәbә aktları idi.
Belәliklә, gәlin, hәmin o sәs-küylü toplantının üzәrinә
qayıdaq. Xatırladım ki, Lübimov Vısotskinin bәstәlәdiyi
mahnılara irad bildirәndәn sonra Vısotski qalxıb, toplantını
tәrk etmişdi…