Page 239 - "Zəfər və ilğım"
P. 239
sotski yaraşıqlıdır, hәm dә
duzsuz adam deyil!

“Hamlet” tamaşasına resenziya yazmağa hazırlaşan 239
tәnqidçi A.Dımşitsin qeydlәri:

“20.XII.71. Y.Lübimov – psixoloji istiqamәtlәrin hamısı
son dәrәcә aydındır. Triumf – Ofeliya (N.Sayko) xәtti ilә
bağlı hәr şey aydındır. Ansambl – hamı yaxşı oynayır, heç
bir keçici, ortabab rol yoxdur – Gertruda (A.Demidova),
Ozrik (S.Xolmoqorova), Poloni (L.Şteynrayx), Hamletin
atasının ruhu (A.Proxovşikov).

Aktyorların hamısı diqqәtәlayiq oyun nümayiş etdirir –
hәr biri ya xarakterdir, ya da xarakterikdir: Rozenkrants da
(İ.Dıxoviçnı), Gildenstern dә (A.Vilkin), qәbirqazanlar da
(F.Antipov vә R.Cәbrayılov).

Antrakt da gözәl işlәnib – sәhnә yarımçıq saxlanır
(Hamlet vә Korolyova), növbәti sәhnә elә hәmin yarımçıq
qalmış cümlәylә başlayır.

Şekspir teatrının allüziyası, fasilә yoxdur…
“Hamlet”lәrin hamısı gözәldir – Bruno Freyndlix (A.Blok
kimi), Samoylov, Kozakov, Xorst Kaspar, V.Kaçalovun fo-
tosu. Tәzad kimi (bilә-bilә) – N.Akimovun tәrtibatında Qo-
ryunov.
Vısotski sintezi – yaraşıqlıdır, duzsuz adam deyil, onda
düşünәn, mübarizә aparan İnsan gözәlliyi var.
HanıVittenberq tәlәbәsi? (maneralarda yox, fikirdә).
Müqayisә et – Belinski, Qordon Kreq vә Stanislavski ilә.
Rәssam D.Borovski sәhnәyә, demәk olar, asketik tәrtibat
verib. Y.Butskonun musiqi tәrtibatına söz yoxdur”.

Daha bir sәnәd: Şekspirin yazı makinasında çap olunmuş
mәtni. Vәrәqlәr Vısotskinin qeydlәri ilә doludur, bu, onu
   234   235   236   237   238   239   240   241   242   243   244