Page 234 - "Zəfər və ilğım"
P. 234
Dinlənildi: artist V.S.Vısotskinin truppa üzvlüyü haqqında
məsələ

Qərara alındı: Bədii Şura, partiya təşkilatı, ÜİLKGİ
bürosu, həmkarlar təşkilatı, əmək intizamını kobud şəkildə
pozduğuna və əyyaşlığa qurşandığına görə, artist V.S.Vısot-
skinin işdən azad edilməsi ilə bağlı teatr rəhbərliyinin qəra-
rını düzgün sayır.

Lakin artist V.S.Vısotski bizə məktubla müraciət edərək
teatr qarşısında öz günahını yumaq istədiyini bildirmişdir.
Bədii Şura, partiya təşkilatı, ÜİLKGİ bürosu, həmkarlar
təşkilatı artist V.S.Vısotskinin sınaq müddətində, mövsümün
sonuna kimi truppada qalmasını mümkün sayır.

Әmr edirəm:
Bədii Şura, partya təşkilatı, ÜİLKGİ bürosu, həmkarlar
təşkilatının müraciəti nəzərə alınsın və artist V.S.Vısotski
müqavilə əsasında, mövsümün sonuna kimi müvəqqəti işlə
təmin edilsin. Cari il, dekabrın 15-dən hesablanmaqla ona
ayda 100 rubl məvacib təyin olunsun.
234 Teatrın direktoru, N.Dupak

V.S.Vısotski teatrda çox işlәmir. Növbәti dәfә o, 1969-
cu ilin mart ayında işdәn çıxarılır:

Moskva Dram və Komediya Teatrı üzrə
36a №-li Әmr
25 mart, 1969-cu il

Bu gün – cari il, martın 25-də artist Vısotski V.S. işə
sərxoş vəziyyətdə gəldiyinə görə “Qalileyin həyatı” tamaşası
aprelin 1-nə keçirilsin. Cari il aprelin 1-i iş günü elan
olunsun.

Tamaşanın təxirə salınması ilə bağlı teatra dəyən maddi
ziyan yoldaş V.S.Vısotski tərəfindən ödənilsin.
   229   230   231   232   233   234   235   236   237   238   239