Page 232 - "Zəfər və ilğım"
P. 232
əyyaşlığa qurşanması teatr rəhbərliyini ciddi tədbir görməyə
vadar etmişdir: artist Vısotski V.S. Әmək Məcəlləsinin 47-
ci maddəsinin “Q” bəndinə əsasən, cari il, dekabrın 2-də
işdən azad edilmişdir.

Hәmin il dekabrın 10-da V.S.Vısotski yerli partiya
tәşkilatına, hәmkarlar tәşkilatına, Bәdii Şuraya aşağıdakı
mәktubla müraciәt edir. Vısotski bu mәktubun sözlәrinә
musiqi bәstәlәsәydi, “Xuliqanın tövbәsi” adlı gözәl bir әsәr
alınardı.

“Həmkarlar təşkilatı, yerli partiya təşkilatı və Bədii
Şurada çalışan yoldaşlar! Sizə müraciət edirəm, çünki
mənim teatrda olub-olmamağım yalnız sizdən asılıdır.

Oynadığım bəzi rolları çıxmaqla, töhmətlər, gərginlik,
söz-söhbət, dilətutmalarla dolu olan teatr həyatımda baş
verənləri xatırlayıram. Doğrudur, bəzən mənə təşəkkür də
eləyiblər, mükafat da almışam, ancaq bu, nadir hallarda
olub.

Bu məktubda bütün günahlarımı və xidmətlərimi sadalamaq
232 istəməzdim.

Bu gün öz hərəkətlərimlə teatrın, gənc kollektivin işinə
nə qədər ziyan vurduğum barədə ciddi-ciddi fikirləşirəm.

Artıq mənə gün kimi aydındır ki, sənətdə bu cür işləmək
olmaz, bu, mümkün deyil. Teatrda uğur qazanmaq üçün
bütün gücünü, qabiliyyət və bacarıqlarını ortaya qoymalısan.
Son vaxtlar teatra istehlakçı münasibət bəsləyənlərin, qeyri-
peşəkar davranışların sayı artıb. Bu məsələdə mənim də
günahım var. Teatrın aparıcı aktyoru kimi mən pis nümunə
olmamalıydım, elə etməliydim ki, gənc aktyorlar hərə-
kətlərimdən yanlış nəticə çıxarmasınlar.

Hazırda bəzən teatra sərxoş vəziyyətdə gələnlər olur.
Yəqin ki, burada da mənim rolum az olmayıb.

Әmək intizamının pozulması ilə bağlı başqa misallar da
göstərmək olar, etiraf edirəm ki, bunların hamısında mənim
   227   228   229   230   231   232   233   234   235   236   237