Page 230 - "Zəfər və ilğım"
P. 230
2. Artist V.S.Vısotski teatrın Bədii Şurasından çıxarılsın.
3.“Canlı” tamaşasında oynadığı Motyakov rolu artist
Vısotskidən alınsın.
“Qalileyin həyatı” tamaşasındakı Qaliley rolu artist
N.N.Qubenkoya verilsin.
“Puqaçov” tamaşasındakı Xlopuşa rolu V.N.Nasonova
və B.V.Qoldayevə verilsin.
“Qulaq asın” tamaşasındakı Mayakovski rolu artist
V.V.Şapovalova verilsin.
Әsas: truppa rəhbəri Q.N.Vlasovanın hazırladığı məlumat
və teatrın həmkarlar təşkilatının 08.04.68 tarixli iclasının
protokolu.

Teatrın direktoru N.Dupak

Әvvәlki әmrlә Xlopuşa roluna ikinci ifaçıların tәyin
olunmasına baxmayaraq, bütün bu müddәt әrzindә
V.S.Vısotski bu rolu tәkbaşına oynayırdı (Sonradan rol Na-
sonov vә Qalkinә hәvalә olundu.) Bu mövzuyla bağlı
maraqlı bir sәnәd var:

230

Taqanka Teatrının direktoru N.L.Dupaka

Әrizə

Hesab edirəm ki, mənim bu gün oynadığım rol öz
yoldaşlarıma və tamaşaçılara qarşı təhqirdir. Mənim oyunum
yalnız təəccüb və məyusluq doğura bilər. İş qabiliyyətimi
tamamilə itirmişəm. Səsim batıb. Xahiş edirəm, Qubenkonun
və mənim oynadığımız rolları başqa ifaçılara verəsiniz.
Әks halda, teatr çətin vəziyyətdə qala bilər.

6 noyabr, 1968-ci il
(İmza)
   225   226   227   228   229   230   231   232   233   234   235