Page 228 - "Zəfər və ilğım"
P. 228
Maraqlıdır ki, Vladimir Semyonoviç öz mәtnlәrindә,
demәk olar, durğu işarәlәri qoymurdu. Sizә tәqdim etdiyim
mәtndә isә bu işarәlәrdәn istifadә olunub.
Teatrın üzlәşdiyi çәtinliklәr bir yana, o vaxtlar Vısotskinin
özü dә problemlәrlә baş-başa qalmışdı. 1968/69-cu illәrdә
“әmәk intizamını pozduğuna görә” onu dәfәlәrlә işdәn
çıxarmışdılar. Vısotski ilk dәfә 1968-ci ildә işdәn qovulmuşdu.
Bunu aşağıdakı sәnәddәn görmәk olar:
Moskva Dram və Komediya Teatrı üzrə
Әmr
21 mart, 1968-ci il
Cari il, mart ayının 20-də Vısotski V.S. “Canlı” tamaşasının
məşqlərinə sərxoş vəziyyətdə gəlmiş, Y.V.Lübimov tərəfindən
məşqdən uzaqlaşdırılmışdır. O, “Dünyanı sarsıdan on gün”
tamaşasına da buraxılmamışdır.
Әmək intizamını müntəzəm olaraq pozduğuna görə, cari
228 il, fevralın 5-də artist V.S.Vısotskiyə ciddi töhmət verilmiş,
iki ay müddətinə əməkhaqqı 100 rub azaldılmışdır.
Teatrın kolletivi Vısotskini sağaltmaq üçün bütün vasitələrə
əl atır, əlindən gələni eləyirdi. Çox təəssüf ki, Vısotski teatr-
da ona bəslənən ümidləri doğrultmadı.
“Әmək intizamını kobud şəkildə pozduğuna, əyyaşlığa
qurşandığına görə, 20 mart, 1968-ci il tarixindən etibarən
Әmək Məcəlləsinin 47-ci bəndi əsasında, artist V.S.Vısotski
teatrda tutduğu vəzifədən azad edilsin. Teatrın mühasibatı
artist Qubenkonun arxasınca səfər etmiş V.S.Vısotskinin
əməkhaqqından bütün yol xərclərini tutsun.
Әsas: Truppa rəhbəri Q.N.Vlasovanın təqdimatı.
Teatrın direktoru N.Dupak”.