Page 224 - "Zəfər və ilğım"
P. 224
Dinlәnildi:
Teatr tamaşalarından birini “Moskva teatr baharı – 1967”
festivalında nümayiş etdirmәk barәdә.
Qәrara alındı: “Moskva teatr baharı – 1967” festivalında
“Qalileyin hәyatı” tamaşası nümayiş etdirilsin.
Tamaşanın rejissoru – Y.P.Lübimov, rәssamı – E.Stern-
berq.
Aktyorlar – V.Vısotski, Smexov, V.Zolotuxin, V.Soboleva.
Әsli ilә düzdür: E.Levin adına teatrın Bәdii Şurasının
katibi

*“Moskva teatr baharı – 1967” festivalı Vısotski üçün
çox da uğurlu olmadı. Birincidәrәcәli diplomla “Qalileyin
hәyatı” tamaşasının quruluşçu rejissoru Y.P.Lübimov, ikinci-
dәrәcәli diplomla isә tamaşanın özü mükafatlandırıldı.

17 may, 1967-ci il tarixindә V.V.Mayakovskinin şeirlәri
әsasında hazırlanmış “Qulaq asın!” tamaşasının premyerası
keçirildi. Vısotski tamaşadan әvvәl şeirlәrdәn çıxarışlar
etmiş, müxtәlif qeydlәr aparmışdı: “Mәn”, “Hamı”, “Mәn –
hamıya”, “Xmel” (Aktyor Xmelnitski – B.A.). Bu, o demәk-
224 dir ki, şair obrazını doğru-dürüst canlandırmaq üçün Vısotski
mәtni rollar üzrә sıralamışdı. Sözsüz, bu, çox çәtin rol idi.

Vısotski “Puqaçov” tamaşası üçün “Mujik mahnıları”
yazmışdı:

“Kuzma! Andrey!
Nədir, Maksim?
Niyə dayanmısınız,
Nəyə baxırsınız siz?

Bu, sadə sual deyil,
Özümüz də bilmirik,
Bu edam meydançası
Nə üçündür, nədəndir?
Orda dayanan kimdir?”
   219   220   221   222   223   224   225   226   227   228   229