Page 222 - "Zəfər və ilğım"
P. 222
Dram vә Komediya Teatrının rәhbәrliyi vә ictimai
tәşkilatları teatrın aktyoru Vısotski Vladimir Semyonoviçә
ayda 85 rubl mәvacib tәyin etmәyi xahiş edir.

Bizim teatrda işlәdiyi son bir neçә ayda Vısotski aşağıda-
kı rolları oynamışdır:

Brextin “Sezuanlı xeyirxah” tamaşasında 2-ci Tanrı vә
әr;

Lermontovun “Zәmanәmizin qәhrәmanı” tamaşasında
kapitan Draqunski.

V.Vısotski yaxşı aktyor keyfiyyәtlәri, peşәkarlığı vә
musiqi duyumu ilә seçilir. Onun yaratdığı obrazlar psixoloji
hazırlığı vә bәdii ifadә tәrzi ilә fәrqlәnir.

Teatrda hazırlanan tamaşalarda mәrkәzi rolları mәşq
edir.

Teatrın direktoru N.L.Dupak
Baş rejissor,

Әməkdar artist Y.P.Lübimov
Partbüronun katibi A.N.Kolokolnikov
222 Həmkarlar Komitəsinin sədri G.N.Vlasov”

*“Zәmanәmizin qәhrәmanı” tamaşasının premyerası
1964-cü ildә baş tutdu. M.Y.Lermontovun 150 illiyinә hәsr
olunmuş tamaşanın afişası qorunub saxlanmışdır. Afişanın
üzәrindә belә bir qeyd var: “Yuri Petroviç Lübimova, prem-
yera günündә. 20.10.1964-cü il. Tәbrik edirik!” Bu tәbriki
öz hәmkarları ilә birgә V.S.Vısotski dә imzalayıb.

*Vısotski “Dünyanı sarsıdan on gün” tamaşası üçün bir
neçә şeir yazıb, mahnılar bәstәlәyib: “Çilik-çilik oldu tac...”
vә “Әks-inqilab yuvası” vә s.

*1967-ci ildә teatr, Dövlәt Tarif Komissiyasının sәdri
N.K.Sapetova mәktubla müraciәt edәrәk, Vısotskiyә 130 rubl
   217   218   219   220   221   222   223   224   225   226   227