Page 220 - "Zəfər və ilğım"
P. 220
Zolotuxinlә mәşq etdirirlәr. Ancaq Stoyko bu söz-söhbәtin
yalan olduğunu deyirdi.

Hәftә, yuxarı mәrtәbәdәki bufetdә toplantıyla başa çatdı.
Vısotski dә gәlmişdi. O, pәrişan vә günahkar adam tәsiri
bağışlayırdı. Küncdә oturub, әlindәki siqaret qutusunu
oynadırdı.

Aktyorların çoxu onun işdәn qovulacağını düşünürdü.
O, birinci dәfә deyildi ki, belәcә, yoxa çıxırdı. Lübimov
uzaqdan başladı. Әvvәlcә aktyorları tәriflәdi, dedi ki, bәzi
әvәzlәnmәlәrә baxmayaraq, teatrın işindә problemlәr
yaranmayıb. Çünki әksәriyyәt öz peşәsinin qәdrini bilir,
teatrı öz evi sayır. Bizә hәr şeyi teatr verib. Götürәk Vısot-
skini… Teatr ondan heç nәyi әsirgәmәyib. Onun repertuarına,
oynadığı rollara baxanda, adam hәsәd aparır. Xahişini yerә
salmayıb, “Hamlet” rolunu ona verdim. Elә isә, zәhmәt
çәk, işinlә mәşğul ol! Rollar çölә tökülmәyib. Siz, hәlә ki,
Pol Skofild deyilsiz, әzizim. Siz cızığınızdan çıxmısız,
Vladimir. İki-üç abırlı mahnı yazmısız deyә, istәdiyinizi
elәyә bilәrsiz? Bizim başımızda otura bilәrsiz? Buna dözmәk
fikrindә deyilәm.

Bәdii rәhbәrin son sözlәrindәn sonra Vısotski cәld ayağa
220 qalxıb, çıxışa doğru yönәldi.

Düha – hәm böyük sәbir,

hәm dә bilә-bilә edilәn sәhvlәrdir

Gәlin, hadisәlәrin axarından bir qәdәr kәnara çıxıb,
teatrla Vısotskinin münasibәtlәrinә nәzәr salaq.

Sәnәdlәr Vısotskinin hәyatı vә yaradıcılığı ilә bağlı yara-
dılmış fondlardan götürülmüşdü. Burada müxtәlif әmrlәr,
arayışlar toplanmışdı vә әsasәn Vısotskinin öz yazılarına is-
tinad olunurdu. Әlyazmaların arasında müxtәlif tamaşalar,
teatr yubileylәri ilә bağlı Vısotskinin yazdığı şeirlәr vә mah-
nı mәtnlәri dә yer alır. Onun aktyorluq fәaliyyәtinә işıq tu-
tan iki maraqlı sәnәd var, bunlar Mayakovski vә Hamlet ro-
   215   216   217   218   219   220   221   222   223   224   225