Page 218 - "Zəfər və ilğım"
P. 218
– Sabah bu sәhnәni sәninlә müzakirә edәrik. Hәlәlik isә
iplә işlәmәyi Zolotuxinә öyrәt, – Lübimov birdәn-birә özün-
dәn çıxıb çığırdı, – Valeri, o zәhrimara qalmış qara gözlüyü
çıxart, bu ştampdan nә qәdәr istifadә etmәk olar? Laert –
Ceyms Bond deyil, Baş nazirin oğludur, Danimarka iyerar-
xiyasında böyük bir fiqurdur. Hәm dә o vaxtlar günәş göz-
lüyü taxmırdılar, günәşdәn gizlәnmirdilәr – günәş onda
müqәddәs sayılırdı. Gәlin, Ofeliyanın dәfn sәhnәsini oyna-
yaq. Samoylov, öz rolunu oynamağa başla, özü dә şikayәt-
lәnmә: o qәdәr çox oynayırsan ki, hesabı itirmisәn.
– Yuri Petroviç, sizә yanlış mәlumat veriblәr.
– Sәn dә ölçü hissini itirmisәn, teatra beş-on gündür gәl-
misәn, ancaq özünü premyer kimi aparırsan. Mәşqә başlayırıq!
Bütün narazılıqları vә iradları mәşqdәn sonraya saxlayırıq.
Tabutu gәtirin… Butsko, musiqiyә nәzarәt elә.
Samoylov bütün günü Laert rolunu oynamalı oldu. Mәşq-
lәrdәn sonra qrim otağında mübahisә düşdü. Duel zamanı
sәslәndirilәn qısa replikaların ardıcıllığını dәqiqlәşdirmәk
üçün Vısotski Samoylovu yanına çağırdı. Yenidәn mәşq
218 elәmәyә başlamışdılar ki, Zolotuxin gәlib çıxdı.
– Mәn dә sizi axtarıram, – Zolotuxin hәyәcanlıydı, –
Vitka, bilirsәn, axı mәn bu cür atılıb-düşә bilmәrәm! Ayaq-
larım xәstәdir axı… Bu zәhrimar ipi hardan tapıb çıxardın?
Bәs sәn, Volodya, belә şeylәrә niyә razılıq verirsәn? İşә
bax, mәn öz plastikamı formalaşdırıram, әllәşib-vuruşu-
ram, rejissor da mәni mәşqlәrdә unudur… Qanacaqsız,
әdәbsiz adamdır, sizsә – satqınsız.
– Valeri, dayan, – Vısotski onun sözünü kәsdi, – hәlә
vaxta var. Gәl fikirlәşәk, sәninçün rahat bir variant tapaq.
– Gecdir! Sәn ki yaxşı bilirsәn: mәşqlәrdә bir dәfә uzun-
qulaq oldunsa, demәk heç vaxt at olmayacaqsan. Lübimov
bu duel sәhnәsini әldәn buraxmaz. Siz o ilanı fırladanda
gözlәri parıldayırdı…
– İlanı?