Page 236 - "Zəfər və ilğım"
P. 236
işdən azad edilməsi haqqında teatrın rəhbərliyi qarşısında
məsələ qaldırmaq.

2.Müalicə olunduqdan sonra müvafiq həkim arayışı
təqdim edəcəyi halda, artist V.S.Vısotskinin işə bərpa
olunması haqqında rəhbərlik qarşısında məsələ qaldırmaq.

Yerli komitə artist V.S.Vısotskiyə təklif edir ki, 2 gün
ərzində xəstəxanaya müraciət etsin və tam sağalana kimi
həkim nəzarətində qalsın. Kollektiv üzvləri müalicə prose-
sindən xəbərdar olmalıdır – yalnız bu halda, rəhbərliyə
müraciət oluna bilər.

Qərar yekdilliklə qəbul olundu.
Yerli komitənin sədri: Q.Vlasova

26 mart, 1969-cu il

“Qalileyin hәyatı” tamaşasını pozduğuna görә V.S.Vısot-
skinin 852 rubl mәblәğindә cәrimә olunması haqqında aktın
surәti saxlanılmışdır.

AKT
Moskva şəhəri, 1969-cu il

236

Biz, aşağıda imza atanlar – rejissor, yoldaş Qlaqolin
B.A., baş rejissorun siyasi məsələlər üzrə köməkçisi, yoldaş
Levina E.P., truppa rəhbəri, yoldaş Vlasova Q.N. bu aktı
tərtib etdik, ona görə ki, cari il, martın 25-də artist Vısotski V.S.
“Qalileyin həyatı” tamaşasına sərxoş vəziyyətdə gəlmiş,
bülleten təqdim etməmişdir. Artisti bu vəziyyətdə səhnəyə
buraxmaq olmazdı, elə onun özü də etiraf etdi ki, səhnəyə
çıxmaq iqtidarında deyil.

Tamaşa təxirə salınmış və tamaşaçıların bilet pulu (852
rubl) onların özünə qaytarılmışdır.

Artist Vısotski V.S. 852 rubl məbləğində cərimə olunmalı,
teatra dəyən zərər ödənilməlidir.

İmzalar: B.A.Qlaqolin
Q.N.Levina
   231   232   233   234   235   236   237   238   239   240   241