Page 238 - "Zəfər və ilğım"
P. 238
*V.S.Vısotski teatrda “Sezuanlı xeyirxah” tamaşındakı
baş rol – tәyyarәçi Yanq Sun obrazı ilә debüt etmişdi.

Moskva Dram və Komediya Teatrı üzrə
79 №-li Әmr
9 iyul, 1969-cu il

Cari repertuar: “Sezuanlı xeyirxah” tamaşasında təyyarəçi
rolu V.Vısotskiyə həvalə olunsun. İş bu il, oktyabrın 24-də
təhvil verilməlidir.

Unikal sәnәdlәrdәn biri: “Ana” tamaşasının proqramı
(1969-cu il). Burada Mixail Vlasovun personajının adıyla
yanaşı, Vısotskinin soyadı yazılıb. Doğrudur, hәmin gün
rolu başqa ifaçı – F.Antipov oynayırdı. Qeyd etmәk lazımdır
ki, Vısotski bu rolu vur-tut bir vә ya iki dәfә oynamışdı, rol
isә cәmisi iki-üç cümlәdәn ibarәtdir.

238 1969-cu ildә Taqanka Teatrının 5 yaşı tamam oldu.
V.S.Vısotski yubiley tәntәnәlәrindә iştirak etmirdi, çünki o
vaxt işdәn çıxarılmışdı. Buna baxmayaraq, teatrın yubileyinә
şeir hәsr etmişdi:

Beş il keçdi! Elədir, bu az müddətdə,
Çətindir MXAT-a çatmaq, müəmma!
Yetmişcə yaşı var onun – bacarıb,
Beş il də bayramdır bizimçün amma.

Bu tәnqid vә danlaq kaleydoskopunda işıqlı nöqtәlәr dә
var.
   233   234   235   236   237   238   239   240   241   242   243