Page 242 - "Zəfər və ilğım"
P. 242
İştirak edirdilər: Dupak N.L., Lübimov Y.P., Vlasova Q.N.,
Qlaqolin B.A., Levina E.P., Belyayev Y.V., Yatsineviçene N.E.,
Slavina Z.A., Demidova A.S., Vilkin A.İ., Xmelnitski B.A.,
Smexov V.B., Zolotuxin V.S., Filatov L.A., Levinson N.B.,
Karyakin Y.F.

Dinlənildi:
Artist V.S.Vısotskinin tarifikasiyası haqqında
Qərara alındı:
Artist V.S.Vısotskinin yaradıcılıq uğurlarını nəzərə alan
Bədii Şura ona 200 rubl məvacib təyin olunması ilə bağlı
Dövlət Tarif Şurasına müraciət edir.
Әsli ilə düzdür:

Bədii Şuranın məsul katibi: (imza) Levina E.

Vısotski Vladimir Semyonoviçin xasiyyәtnamәsi
№ 656
10.XII.76
(orijinal)

Yoldaş Vısotski V.S. 1936-cı ildə doğulub, milliyyətcə
242 rusdur, bitərəfdir, ali təhsillidir, 1960-cı ildə Nemiroviç-

Dançenko adına Moskva Bədii Akademik Teatrında fəaliyyətini
bitirib, Puşkin adına Teatrın truppasına qəbul edilib. 1961-
1964-cü illərdə ölkənin müxtəlif kinostudiyalarında çalışıb,
“Dima Qorinin karyerası”, “Sahilə çıxma”, “Cərimə zərbə-
si” və s. kimi filmlərdə rola çəkilib.

1964-cü ildə V.S.Vısotski Moskva Dram və Komediya
Teatrının truppasına götürülüb. İşlədiyi müddətdə teatrın
aparıcı aktyoru kimi, “Sezuanlı xeyirxah”, “Zəmanəmizin
qəhrəmanı”, “Antidünyalar”, “Dünyanı sarsıdan on gün”,
“Ölülər və dirilər”, “Qalileyin həyatı”, “Puqaçov”, “Qulaq
asın!”, “Hamlet”, “Kəmərləri bağlayın”, “Albalı bağı”
tamaşalarında baş rolları ifa edib.

V.S.Vısotskinin bu tamaşalarda iştirakı müəyyən mənada
onların yüksək ideya-bədii səviyyəsini şərtləndirib. V.S.Vısotski
   237   238   239   240   241   242   243   244   245   246   247