Page 248 - "Zəfər və ilğım"
P. 248
döyәclәyir vә rәngi qaçmış, karıxmış Efrosa Salyeri sayağı
dәrs vermәyә çalışırdı. O, elә hey tәkrarlayırdı: “Tamaşanın
tәrtibatındakı imkanları görmәk lazımdır, siz mizansәhnә
“iri plan”dan niyә istifadә etmirsiniz axı?” Bu sәhnәni mü-
şahidә edәn aktyorlar, istәr-istәmәz, Salyerinin kredosunu
xatırlayırdı: “Musiqini hissәlәrә ayırdım mәn. Harmoniyanı
cәbrlә sınağa çәkdim”. Yaradıcılığının son illәrindә bel
bağladığı “universallıq metodu” böyük rejissorun “Axilles
dabanı”na çevrilmişdi.
Әn yaxşı aktyor işini – televiziya tamaşasındakı Molyer
rolunu Efros, Lübimovla birgә hazırlamışdı. Buna baxmayaraq,
onlar bir daha barışmadılar. Bәlkә dә, Anatoli Vasilyeviç
Taqanka Teatrında Lübimovu әvәzlәmәyә mәhz buna görә
razılıq vermişdi. Efrosun xasiyyәtinә, dünyagörüşünә bәlәd
olan insanlar bunu qeyri-etik hәrәkәt sayırdı. Lakin hansısa
iddialar irәli sürmәyә, mülahizәlәr sәslәndirmәyә ehtiyac
yoxdur. Lübimov vә Efros hazırda az-az qarşılaşan teatr
qartalları kimiydi. Onlar mübahisәdәn sonra bir-birinә arxa
çevirәndә, nә qәdәr qәribә tәsir bağışlasa da, Rusiya İmpe-
riyasının gerbini xatırladırdılar. Qartallardan biri şәrqә –
248 Bizans psixologizminә, o biri isә – qәrbә, improvizә olunmuş
alleqoriyaya meyillәnirdi.
Aktyorların çoxu Lübimovun hәrәkәtlәrinә dözürdü,
çünki ona bağlıydılar, onu sevirdilәr. Ancaq bәzilәri sınır
vә kollektivi tәrk edirdi. Belәcә, yaxşı xarakterlәr yaradan
aktyor Fomenko GTT-yә üz tutdu, Kalyagin, Boris Qalkin,
Rafael Kleyner vә başqaları teatrı tәrk etdi. Dahi quruluşçu-
rәssam, Lübimovla birgә Taqanka Teatrına şöhrәt qazandırmış
David Borovski dә gedәnlәrin arasındaydı! Şahidlәrin
dediyinә görә, növbәti maket tәhvil verilәrkәn, teatrın “qadın
rәhbәrliyi” öz iradlarını bildirmiş vә David Borovski buna
dözmәyib, “etiraz sәsi”ni ucaltmışdı. O, sakitcә maketi qol-
tuğuna vurub, kabinetdәn çıxmışdı. Bundan sonra onun
kabinetini tәmirә bağladılar vә bu böyük sәnәtkar teatrı
hәmişәlik tәrk etmәli oldu. Bu son gedişi “qәtlin leqal alter-
nativi” dә adlandırmaq olar.