Page 252 - "Zəfər və ilğım"
P. 252
A.V.Efros

da bәnzәr hadisә baş verdi. Puşkin rolunu oynayan Cәbra-
yılovun әlindәki ağ vәrәqi nişan alan oxçu – idman ustası
252 hәdәfә vura bilmәdi, ox aktyorun әlini yaraladı. Birinci Ni-
kolay rolunu ifa edәn Samoylov onun yanında dayanmışdı.
Ox ona dәymәsә dә, şok vәziyyәtindәydi… Kollektivdә ha-
mının “Rams” deyә çağırdığı gözәl aktyor Cәbrayılov isә
әlinin ağrısından özünә yer tapa bilmirdi.

Sizcә, Lübimov neylәdi? O, fasilә elan etdi, aktyorun
әlini sarıdılar, oxatan işdәn qovuldu vә yarım saatdan sonra
mәşqlәr davam etdirildi. Sonralar Lübimov öz “qәddarlığını”
belә izah edirdi:

– Buraxdığımız kobud sәhvlәrin günahı tamaşaçılarda de-
yil. Aktyor yalnız bir halda sәhnәdәn çıxmaya bilәr: ölәndә.

Deyәsәn, sonralar mükafatlandırma zamanı Ramsı da
nәzәrә aldılar…

“Ölüm-itim yoxdu?” sualı hәm dә bir qәdәr gülmәli
sәslәnmişdi – sual verilәndә aktyorlar hәlә pәrdәnin altındaydı
   247   248   249   250   251   252   253   254   255   256   257